» » Azərbaycanlı müəllim Toronto universitetində dərs deyəcək

Azərbaycanlı müəllim Toronto universitetində dərs deyəcək

Bölmə: Xəbər, MARAQLI
Azərbaycanlı müəllim Toronto universitetində dərs deyəcək
Beynəlxalq aləmdə tanınmış, azərbaycanlı alim, fizika-riyaziyyat elmləri doktoru, professor Məsud Əfəndiyev Kanadanın Toronto şəhərində yerləşən Toronto və Fields Universitetlərinə dəvət edilib.

Xalqinfo.az Təhsil Nazirliyinə istinadən məlumatına görə, azərbaycanlı alim bir semestr ərzində Riyaziyyat fakültəsində riyazi biologiya üzrə mühazirələr oxuyacaq.

Bu universitetlərə adətən "Deans Distinguished Professor” stasunda olan Nobel və Fields mükafatı laureatları dəvət olunur.

Qeyd edək ki, Məsud Əfəndiyev 1970-ci ildə Zaqatala şəhərindəki Şıxəli Qurbanov adına məktəbi qızıl medalla bitirərək Azərbaycan Dövlət Universitetinin (indiki BDU) mexanika-riyaziyyat fakültəsinə qəbul olub. İki il oxuduqdan sonra Məsud Əfəndiyev təhsilini M.Lomonosov adına Moskva Dövlət Universitetində davam etdirib, aspirantura, doktorantura pilləsinə qalxaraq, uğurla namizədlik, sonra isə doktorluq dissertasiyalarını müdafiə edib.1994-cü ildən Almaniyada yaşayan alim, ölkənin müxtəlif universitetlərində, o cümlədən Münhen, Ştutqart, Berlin universitetlərində dərs deyib. Hazırda H.Helmholts adına Münhen Elmi-Tədqiqat Mərkəzində «Dinamik sistemlər» şöbəsinin müdiridir.2005-ci ildə Yaponiyanın nüfuzlu «Japan Society for the Promotion of Scionce - JSPS» təşkilatının mükafatına layiq görülüb. M.Əfəndiyev postsovet məkanında dünyanın altı aparıcı elmi jurnalının redaksiya heyətinin üzvü olan yeganə riyaziyyatçı alimdir. Dünya elmində ən yüksək təltiflərdən («kiçik Nobel mükafatı») sayılan, Almaniya hökumətinin təsis etdiyi “Aleksander fon Humboldt” mükafatının ilk azərbaycanlı laureatı kimi tarixə düşüb


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler