» » Şeyxdən Hacı Cavad məscidinin sökülməsi ilə bağlı vəziyyətə -

Şeyxdən Hacı Cavad məscidinin sökülməsi ilə bağlı vəziyyətə - Münasibət

Bölmə: Xəbər
Şeyxdən Hacı Cavad məscidinin sökülməsi ilə bağlı vəziyyətə -
Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə Hacı Cavad məscidinin sökülməsi ilə bağlı yaranmış vəziyyətə münasibət bildirib.

Xalqinfo” AzərTac-a istinadən xəbər verir ki, şeyxülislam baş verənlərlə bağlı artıq hər kəsin məlumatlı olduğunu qeyd edib.

O deyib: “Biz dövlətimizi, onun qəbul etdiyi qərarı dəstəkləyirik. Bildiyiniz kimi, Azərbaycan Prezidenti İlham Əliyev məscidin sökülməsinin dayandırılması və vəziyyətin araşdırılması ilə bağlı xüsusi komissiyanın yaradılmasına dair tapşırıq verib. Dindarlarımız dövlət başçısının bu qərarını minnətdarlıqla qarşıladılar.

Təəssüflər olsun ki, bu gün bəzi qüvvələr dindən istifadə edərək dövlətçiliyimizə zərər vurmaq istəyirlər. Həmin üzdəniraq qüvvələr İslam dininin adına da xələl gətirirlər. Əsl dindarlarımız Prezident İlham Əliyev tərəfindən atılan addımları dəstəkləyir və onun siyasətini bəyənirlər. Onlar bu cür şəxslərin öz sıralarına daxil olmasına imkan verməməlidirlər”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler