» » “Həyat film deyil, reallıqdır” -

“Həyat film deyil, reallıqdır” - Məşhurlardan çağırış

Bölmə: Xəbər, Şou
“Həyat film deyil, reallıqdır” -
Bakı Nəqliyyat Agentliyi yol hərəkəti təhlükəsizliyinə dair hazırladığı növbəti maarifləndirici videoçarxı təqdim edib.

Xalqinfo” xəbər verir ki, videoçarx bu günlərdə dünyanın bir çox ölkəsində, o cümlədən də Azərbaycanda nümayiş olunan “Forsaj” filmi ilə əlaqədar çəkilib.

Kinoteatrlarda filmdən əvvəl nümayiş etdirilən görüntülərdə tamaşaçılara, xüsusən də gənclərə film qəhrəmanlarının avtomobillə etdiyi təhlükəli manevrləri təkrarlamamaq və yüksək sürətdən yayınmaq tövsiyə edilir.

“Unutmayın ki, həyat film deyil, reallıqdır” şüarı ilə çəkilən layihədə xalq yazıçısı Çingiz Abdullayev, millət vəkili Qənirə Paşayeva, aktyor Cabir İmanov, müğənni Azad Şabanov və başqaları iştirak edib.



Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler