» » Qanunsuz sərnişin daşıyanlara qarşı reydlər başladı

Qanunsuz sərnişin daşıyanlara qarşı reydlər başladı

Bölmə: Xəbər, Sosial
Qanunsuz sərnişin daşıyanlara qarşı reydlər başladı
Respublika Baş Dövlət Yol Polisi İdarəsi paytaxt və şəhərətrafı ərazilərdə qanunsuz sərnişin daşımalarına qarşı reydlərə başlayıb.

Trend-in verdiyi məlumata görə, reydlərə paytaxtın Yasamal rayonu ərazisində, "20 Yanvar" metro stansiyasının qarşısından başlanıb.

Araşdırmalar zamanı Sumqayıtdan Bakıya qanunsuz sərnişin daşıyan onlarla marşut avtobusları aşkarlanıb. Məlum olub ki, həmin marşrut avtobusların əksəriyyəti standartlara uyğun olmadığı halda sərnişin daşıyır, sərnişinlərin həyatına təhlükə yaradır.

Qanunsuz sərnişin daşıyan avtobuslarda əsasən əlavə oturacaqların quraşdırılması, artıq sərnişin götürülməsi, nəqliyyat vasitəsinin istismara yararsız vəziyyətdə olması, avtobuslara yararsız şinlərin vurulması və sair faktlar aşkarlanıb. Həmin nəqliyyat vasitələri xətdən kənarlaşdırılaraq cərimə meydançasına aparılıb.

Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev APA-ya açıqlamasında bildirib ki, tədbirlər xüsusilə Bakı-Sumqayıt marşrutu üzrə qanunsuz fəaliyyət göstərən texniki cəhətdən nasaz nəqliyyat vasitələri ilə sərnişin daşımalarına qarşı keçirilir:

“Şəhərlərarası yollarda sərnişin daşımaları yalnız avtovağzaldan avtovağzala olmalıdır. Amma buna əməl edilmir. Üstəlik, marşrutlara əlavə oturacaqlar qoyulur, avtomobillərin əksəriyyəti texniki cəhətdən nasazdır. Elə avtomobillər var ki, şinlərinin protektorları yoxdur. Halbuki, avtobuslarda bu, 2 mm-dən az olmamalıdır”.

Onun sözlərinə görə, keçirilən tədbirlərlə nasaz nəqliyyat vasitələri ilə sərnişin daşıyan, konstruksiyasında dəyişiklik edən sürücülər inzibati məsuliyyətə cəlb edilib:

“Tədbirlər davam etdiriləcək. Dayanacaqlardan kənarda sərnişin mindirib-düşürmə hallarına da qarşı mübarizə aparılacaq. Nasaz maşınla sərnişin daşınmasına yol verilməyəcək. Sərnişindaşıma ilə məşğul olmaq istəyən şəxs və ya şirkətlər nəqliyyat vasitələrinin texniki parametrlərini sərnişindaşıma sisteminə uyğun təşkil etməlidir. Səhər tezdən avtomobillərin texniki vəziyyətinə nəzarət olunmalıdır, sürücülər tibbi müayinədən keçməlidir”.

K. Əliyev fərqlənmə nişanının yalnız texniki cəhətdən saz vəziyyətdə olan, konstruksiyasında heç bir dəyişiklik edilməyən, avtovağzaldan avtovağzala işləyən avtomobillərə verildiyini deyib.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler