» » Azərbaycanda 2-ci "Park Bulvar" olacaq-

Azərbaycanda 2-ci "Park Bulvar" olacaq- Video

Bölmə: Xəbər
Azərbaycanda 2-ci "Park Bulvar" olacaq-
Azərbaycanın cənub qapısı olan Astara şəhərində şəhərkənarı sahil zolağında 8 hektar bataqlıq ərazidə möhtəşəm“Park Bulvar” salınır.

ans tv-nin məlumataına görə, Dənizkənarı “Park Bulvar”ın tikintisinə bu ilin mart ayından başlanılıb. Layihənin həyata keçirilməsində yerli inşaatçılarla yanaşı xarici mütəxəssislərin qüvvəsindən və təcrübəsindən istifadə edilir. Ümumi sahəsi 8 hektar olan “Park- Bulvar”da 6 min metr sahilboyu əraziyə üzlük plitələrin döşənməsi artıq başa çatdırılıb.

Astara Rayon İcra Hakimiyyətinin şöbə müdiri Rəhmətulla Rufullayev məsələni belə izah edib.

“Bulvar ərazisində 600 kv.m sahəsində böyük bir fontan tikilir ki, bu iş tamamlanmaq üzrədir. Burda 1400 kv.m ərazidə 1200 nəfər tutumu olan amfiteatr tikintisi nəzərdə tutulub. Bulvarın 1-ci girişində iki şəlalə 14 m uzunluğunda, 5 m enində şəlalə tikintisinə başlanmışdır”.

Bulvarda sakinlərin istirahəti üçün kafe, çayxana, restoran da nəzərdə tutulub. Bölgələrdə ilk dəfə Astarada “Park- Bulvar”ın salınmasına ən çox sevinənsə yerli sakinlərdir.


Astara şəhər sakini Əlövsət Kərimov bunun gözəl layihə olduğunu və astaralıların ən gözəl istirahət mərkəzinə çevriləcəyinə inandığını deyir.


İlkin görünüşünə görə Astaradakı “Park –Bulvar” paytaxtdakından heç də geri qalmır. İşlər bu sürətlə davam etsə, astaralılar ilin sonuna yeni Bulvarda istirahət edə biləcəklər.


Tikinti işləri ilə paralel olaraq ərazidə böyük yaşıllıq zolağı salınması, həm yerli, həm də xaricdən gətiriləcək nadir ekzotik bitkilərin əkilməsi də nəzərdə tutulub.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler