» » Gürcüstan təbii qaz tələbatını tamamilə Azərbaycanın hesabına ödəyəcək

Gürcüstan təbii qaz tələbatını tamamilə Azərbaycanın hesabına ödəyəcək

Bölmə: Xəbər, İqtisadiyyat
Gürcüstan təbii qaz tələbatını tamamilə Azərbaycanın hesabına ödəyəcək
“Gürcüstan “Qazprom”dan təbii qaz alışını dayandıracaq”.

Xalqinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstanın energetika naziri Kaxa Kaladze bildirib.

Onun sözlərinə görə, ilin sonunadək heç bir Rusiya şirkəti ilə qaz alqı-satqısına dair yeni müqavilə imzalanmayacaq.

Nazirliyin təqdim etdiyi rəqəmlərə əsasən, Gürcüstan cari ilin birinci rübündə Rusiyadan 100 mln. kubmetr təbii qaz alıb ki, bunun da 70 mln. kubmetri fevral ayının payına düşür.

Aprel ayından etibarən Gürcüstan öz əhalisinin və müəssisələrinin təbii qaza olan tələbatını tamamilə Azərbaycanın hesabına ödəyəcək. Burada təchizatçı qismində SOCAR və “Şahdəniz” konsorsiumu çıxış edəcək. Beləliklə, Gürcüstanın təbii qaz idxalında Rusiyanın payı 4%-ə enəcək.

Nazirliyin proqnozuna əsasən, bu il Gürcüstan ümumilikdə 2,457 mlrd. kubmetr həcmində təbii qaz idxal etmək niyyətindədir ki, bunun da 2,347 mlrd. və ya 95,5%-i Azərbaycanın payına düşəcək.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler