“Bacım intihar etməsəydi, onu özüm öldürəcəkdim”Müğənni Mətanət Əsədova “Düzünü desək” verilişində qonaq olub. “Xalqinfo”nun axşam.az-a istinadən məlumatına görə, sənətçi bir müddət əvvəl həbsxanada intihar edən bacısından danışıb. O deyib ki, bacısının həbsindən xəbərsiz olub: “Hər zaman düzünü demişəm. Bacımın həbs olunmasından xəbərsiz idim. Onun tutulduğunu yalnız intihar etdiyi gün bilmişəm. Qorxusundan məndən gizlədib. Mənə zəng etdi ki, "bağışla, sənə layiq olmayan yerdəyəm". Yanıram, ölürəm, ürəyim partlayır, onu heç kim əvəz etmir. Amma intihar etməsəydi, özüm onu öldürəcəkdim. Qeyrətli oldu, bunu özü etdi. Onda pis vərdiş yox idi. Hər şey ağılsızlığı ucbatından baş verdi. İstər qadın, istər kişi, qarşılıqsız sevgi yaşayırsa, vay onun halına. Dedim, ayrıl ondan, o, səni yox, mənim pulumu sevir. Razılaşmırdı, deyirdi, yox, məni sevir. Narkoman nə bilir istək nədir? Onun üçün hər şey pul idi. Mən bacımı ovcumun içində saxlayırdım. Ona sual verdim ki, niyə məni hər kəsin içində gülünc vəziyyətə saldın? Günahım nə idi belə etdin? Allah ona rəhmət eləsin, onun da taleyi belə oldu”. Xatırladaq ki, müğənninin bacısı Nurlana Əsədova 43 yaşlı həyat yoldaşı ilə birgə saxlanılmışdı. Onlar Xırdalan şəhərində aptek işçilərinə qarşı quldurluqda ittiham olunurdular. Ər və arvad bıçaqla hədələyərək, Aynur Abdullayeva və Sevinc Zeynalovaya hücum çəkmişdilər. Əvvəlcə cinayətkarlar aptek işçilərindən tərkibində narkotik olan dərman preparatları istəsələr də, qızlar belə dərmanların olmadığını bildiriblər və bu zaman onlardan pul tələb olunub. Beləliklə, onlar 950 manat pul oğurlayıblar. |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|