» » Alimimiz Dünya Mükafatına layiq görüldü -

Alimimiz Dünya Mükafatına layiq görüldü -

Bölmə: Xəbər, Mədəniyyət
Alimimiz Dünya Mükafatına layiq görüldü -
AMEA Botanika İnstitutunun Ekoloji Təmiz Kənd Təsərrüfatı üzrə Regional Təcrübə və Resurs Mərkəzinin direktoru, professor Amin Babayev beynəlxalq Vahid Dünya Mükafatı müsabiqəsinin laureatı seçilib.

Kult.az xəbər verir ki, alim son 20 ildə Azərbaycanda ekoloji kənd təsərrüfatı hərəkatının inkişafına, bu sahənin ölkəmizdə təşviqi və tətbiqinin elmi əsaslarının işlənilməsinə, hüquqi bazasının və informasiya-məlumat bankının yaradılmasına, həmçinin yüksəkixtisaslı kadrların hazırlığına verdiyi töhfələrə görə dünya üzrə seçilmiş beş laureat arasında yer alıb.

Müsabiqə Beynəlxalq Ekoloji Kənd Təsərrüfatı Hərəkatı Federasiyası (IFOAM) və Almaniyanın RAPUNZEL şirkətinin birgə təşkilatçılığı ilə keçirilib.

Müsabiqənin mükafatlandırma mərasimi bu ilin sentyabrında Almaniyada baş tutacaq.

Xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler