» » "Bu şəhərdə"dən Nəsimiyə hörmətsizlik

"Bu şəhərdə"dən Nəsimiyə hörmətsizlik

Bölmə: Xəbər, Şou
"Bu şəhərdə"dən Nəsimiyə hörmətsizlik
"Bu şəhərdə"nin "2 canlı" adlı konsertinin ssenarisində ilginc bir məqam üzə çıxıb. "İki milyoner"in dialoqu üzərində cərəyan edən həmin səhnədə Rafael İsgəndərovun "pencək" söhbəti gözlənilməz məqamı ilə diqqət çəkib.

Xalqinfo.az xəbər verir ki, Rafael ssenariyə uyğun olaraq, pencəyini qiymətli olduğu üçün çıxartdığı zaman əzilməsin deyə yanındakı gəncin "çiyninə atıb":

"Asta ol ha. Elə-belə pencək deyil ha, bu"

Rafaelin bu ifadəsindən sonra məsələyə müdaxilə edən Coşqun: "Timsah dərisidir, qaqa?" deyə sual verib.

Rafael bu məqamda: "Yox ə... Nəsiminin dərisidir", cavabını verir.

Yəqin ki, hər biriniz İmaddədin Nəsimi haqda hələ orta məktəb dərsliklərindən oxumusunuz.

Məlumatı olmayanlar üçün: İmadəddin Nəsimi XIV əsin ortası, XV əsrin əvvəllərində yaşayıb. O, tibb, astronomiya və astrologiya, riyaziyyat və məntiq elmlərinə dərindən yiyələnmişdi. Nəsiminin azərbaycanca şerlərinin dili həm zənginliyi, həm də xalq nitqinə yaxınlığı ilə seçilir, atalar sözləri, zərb-məsəllər, hikmətli sözlər burada çoxluq təşkil edir. O, dilləri elə yaxşı öyrənmişdi ki, Azərbaycan, fars və ərəb dillərində eyni dərəcədə gözəl şerlər, qəzəllər yaza bilirdi.

Nəsimi Hürufilik təlimi əsasında irəli sürdüyü panteist ideyaları üstündə Hələb şəhərində edam olunub - dərisi soyulub.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler