» » Dönmə siqnalından istifadə etməməyə görə cərimələnə bilərsiniz

Dönmə siqnalından istifadə etməməyə görə cərimələnə bilərsiniz

Bölmə: Xəbər, Sosial
Dönmə siqnalından istifadə etməməyə görə cərimələnə bilərsiniz
Əksər sürücülərin necə gəldi avtomobil idarə etməsi yollarda qəzaların sayının artmasına gətirib çıxarır. Sürücülərin əksəriyyəti avtomobili döndərən zaman dönmə siqnalından istifadə etmirlər. Hətta bəziləri bu işıqların nasaz olduğunu bilə-bilə yola çıxırlar.

Xalqinfo.az xəbər verir ki, Xəzər TV-yə istinadən xəbər verir ki, bu qayda pozuntusu hesab olunur. Belə sürücüləri nə qədər cərimə gözləyir?

Polis xəbərdaredici dönmə siqnalından istifadə etməyən sürücüləri aşkarladıqda, “saxla” əmri verə bilər. Çünki qanun belə sürücülərin qarşısında məsuliyyət qoyur.

Nasaz dönmə işıqları ilə yola çıxan sürücü isə 50 manat miqdarında cərimə olunur.

Ekspertlər sürücülərə avtomobillə yola çıxmamışdan əvvəl dönmə işıqlarının saz vəziyyətdə olub-olmadığını yoxlamağı tövsiyə edir.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler