» » Gəncədə iki avtomobil toqquşub, 4 nəfər xəsarət alıb

Gəncədə iki avtomobil toqquşub, 4 nəfər xəsarət alıb

Bölmə: Xəbər, Kriminal
Gəncədə iki avtomobil toqquşub, 4 nəfər xəsarət alıb
Gəncədə 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Xalqinfo.az xəbər verir ki, APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Əbülulla Gəncəvi küçəsində qeydə alınıb. "VAZ 2107" və "QAZ 24" markalı avtomobillərin toqquşması nəticəsində VAZ-da olan 1987-ci il təvəllüdlü Ələsgərov Ruslan Sənan oğlu və "QAZ 24"-də olan 3 qadın, 1988-ci il təvəllüdlü Məmmədova Aynur Qərib qızı, 1966-cı il təvəllüdlü Məmmədova Gülnara Rəşid qızı, 1974-cü il təvəllüdlü Məhərrəmov Məhəbbət Rəşid qızı müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdiriliblər.

Onlara tibbi yardım göstərilib. Vəziyyətlərinin normal olduğu bildirilir.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Leyla Həsənova


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler