» » Vasif Talıbov yeni xidmət yaradıb

Vasif Talıbov yeni xidmət yaradıb

Bölmə: Xəbər
Vasif Talıbov yeni xidmət yaradıb
Naxçıvan Muxtar Respublikasının Dövlət Energetika Xidməti yaradılıb.

Xalqinfo.az APA-ya istinadla məlumatına görə, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov müvafiq fərman imzalayıb.

Xidmət elektrik enerjisi istehsalı, ötürülməsi, elektrik enerjisi təchizatı və realizə edilməsi sahəsində (bundan sonra-müvafiq sahədə) dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Xidmətin fəaliyyətinə Naxçıvan Ali Məclisinin Sədri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən rəis rəhbərlik edir. Naxçıvan Dövlət Energetika Xidmətinin strukturuna Xidmətin aparatı (şöbələr və sektorlar), Xidmətinin strukturuna daxil olan qurumlar - Yüksəkgərginlikli Elektrik Şəbəkəsi və şəhər (rayon) elektrik şəbəkələri daxildir. Naxçıvan Dövlət Energetika Xidməti aparatının işçilərinin say həddi 28 ştat vahidi müəyyən edilib.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler