» » Pələng məktəblini belə parçaladı-

Pələng məktəblini belə parçaladı- Video

Bölmə: Xəbər
Pələng məktəblini belə parçaladı-
Hindistanda Dehli heyvanat parkında məktəblinin ağ pələngin qəfəsinə tullanması faciə ilə nəticələnib.

Xalqinfo.az-ın məlumatına görə, məktəbli oğlan hasardan tullanaraq qəfəsə daxil olub və nəticədə pələng ona hucüm edib.

Hadisə şahidləri bildirirlər ki, günorta saatlarında parkda yüksək qışqırıq səsləri eşidiblər.

“Biz gördük ki, oğlan qəfəsdə olan zaman bəzi uşaqlar pələngə kiçik çubuqlar və daşlar atırlar. Bu isə pələngi əssəbləşdirdi və qəfəsə girən uşağa hücum edərək onun boğazından tutdu. Oğlan 10-15 dəqiqə olduğu yerdə qaldı, amma heç kim ona kömək etmədi”, deyə hadisə şahidləri bildirirlər.

Hadisə yerinə dərhal polis çağrılıb. Lakin uşaq artıq ölmüşdü. ans


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler