» » “Tax free” üçün stikerin forması təsdiqlənib

“Tax free” üçün stikerin forması təsdiqlənib

Bölmə: Xəbər, Mədəniyyət
“Tax free” üçün stikerin forması təsdiqlənib
Mədəniyyət və Turizm Nazirliyinin Kollegiyası “Ticarət festivalları dövründə fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması sistemi çərçivəsində istifadə edilən stikerin forması və tətbiqi qaydası”nı təsdiq edib.

Xalqinfo.az APA-ya istinadən məlumatına görə, bu Qayda aprelin 8-də qüvvəyə minib.

Qaydaya əsasən vergi ödəyicisi ƏDV-nin qaytarılması sistemi çərçivəsində satıcı qismində qeydiyyata alınaraq ticarət festivalının təşkilatçısı (ticarət festivallarının təşkilini, keçirilməsini və idarə olunmasını təmin edən hüquqi şəxs) ilə xidmət müqaviləsi bağladıqdan sonra 10 iş günü müddətində stikerlə təchiz edilir. Satıcı ƏDV-nin qaytarılması şərti ilə satış həyata keçirdiyi təsərrüfat subyektinin (obyektinin) sayından, ölçüsündən və yerləşməsindən asılı olaraq stikerlə təchiz edilir. Stiker satıcıya təhvil verildikdə bu, müvafiq aktla rəsmiləşdirilir. Bu aktda aktın tərtib edildiyi yer, tarix, tərəflərin rekvizitləri, təqdim edilmiş stikerlərin sayı əks etdirilir, ticarət festivalının təşkilatçısının nümayəndəsi və satıcının, satıcı olmadıqda, onun səlahiyyətli nümayəndəsinin imzası ilə təsdiq edilir. Zədələnmiş stiker ticarət festivalının təşkilatçısına təhvil verilməlidir. Ticarət festivalının təşkilatçısı vergi orqanını və müvəkkil bankı bu Qaydanın tələbinə uyğun olaraq stikerlə təchiz edir.

Satıcı aktın təsdiqləndiyi gün stikeri satışın həyata keçirildiyi təsərrüfat subyektinə (obyektinə) daxil olmadan görünə bilməsi məqsədilə pəncərədən və ya qapıdan asmalı (yapışdırmalı) və ya təsərrüfat subyektinin (obyektinin) giriş hissəsində aydın şəkildə görünə bilən yerdə yerləşdirməlidir (yapışdırmalıdır). Stiker həmçinin alıcı tərəfindən ödənişin həyata keçirildiyi yerdə (kassada) alıcının görə biləcəyi yerdə də yerləşdirilməlidir (yapışdırılmalıdır). Stiker zədələndikdə, oğurlandıqda və ya itirildikdə bu barədə dərhal ticarət festivalının təşkilatçısına məlumat verilməlidir. Satıcının ƏDV-nin qaytarılması şərti ilə satış həyata keçirmək məqsədi ilə qeydiyyatına xitam verildikdə satıcı tərəfindən stiker yerləşdirildiyi (yapışdırıldığı) yerdən çıxarılmalı və ticarət festivalının təşkilatçısına təhvil verilməlidir.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler