» » Bakıda 22 yaşlı qızın mədəsindən çıxanlar həkimləri şoka saldı

Bakıda 22 yaşlı qızın mədəsindən çıxanlar həkimləri şoka saldı

Bölmə: Xəbər, MARAQLI, BLOK XƏBƏR, MANŞET
Bakıda 22 yaşlı qızın mədəsindən çıxanlar həkimləri şoka saldı
Azərbaycanda keçirilmiş əməliyyat zamanı mədədən çıxan bu uzunluqdakı saç topası hər kəsi şoka salıb. Çünki nadir hesab olunan oxşar hadisələr zamanı əvvəllər mədədən maksimum 2 kiloqram yad cisim xaric edilib.

Xalqinfo.az Xəzər TV-yə istinadən xəbər verir ki, 22 yaşlı qadının mədəsindən çıxan saç topası, yəni bezuar isə 3,8 kiloqram, üstəlik 3 metrdən uzun olub. Xəstəni əməliyyat edən cərrah, tibb elmləri namizədi Zahid Zahidov qeyd edir ki, bu, ölçüsünə görə dünyada ilk belə hadisədir.

Əməliyyat edilmiş 22 yaşlı qadın psixatrik xəstəxanalardan birindən göndərişlə klinikaya daxil olub. Onun mədəsində belə bir cismin əmələ gəlməsi də məhz onun psixi problemləri ilə əlaqəli olub.

Xəstə əməliyyatdan 5 gün sonra evə buraxılıb və hazırda vəziyyətinin normal olduğu bildirilir. Amma həkim qeyd edir ki, qadın yenidən saç yeməyə başlasa, mədəsində yenidən eyni problemin yaranması qaçılmaz olacaq.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler