» » Azərbaycan ingilis dilində təhsil alan tələbələrin sayı artır

Azərbaycan ingilis dilində təhsil alan tələbələrin sayı artır

Bölmə: Xəbər
Azərbaycan ingilis dilində təhsil alan tələbələrin sayı artır
“Azərbaycan ali məktəblərində ingilis dilində təhsil alan tələbələrin və tədrisi ingilis dilində olan ixtisasların sayı artır”.

Xalqinfo.az xəbər verir ki, Trend-in məlumatına görə, bunu təhsil naziri Mikayıl Cabbarov Azərbaycan-Avstriya turizm proqramının 10 illik yubileyi ilə bağlı “Azərbaycan-Avstriya Turizm Proqramı: Azərbaycanda ilk ikili diplom proqramı təcrübəsi: nailiyyətlər və perspektivlər” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.

Nazir bildirib ki, ingilis dilində təhsil alan tələbələrin və tədrisi ingilis dilində olan ixtisasların sayının artması gələcəkdə əmək bazarında rəqabət mühitini gücləndirəcək.

M.Cabbarov deyib ki, son illərdə prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycanda birgə universitet formatı tətbiq edilib:

“Bizim üçün əsas vacib olanı milli universitetlərimizin tərkibində fəaliyyət göstərən müəllim-pedaqoji heyətin tərkibinin zənginləşdirilməsi, tələbələrin akademik göstəricilərinin yüksəlməsidir. Ölkəmizdə təhsilin inkişafı üçün biz çoxtərəfli alətlərdən istifadə etməyə çalışırıq. Burada bizim əsas tərəfdaşımız Avropa İttifaqıdır. Bu qurumla bəzi layihələr həyata keçirilir”.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler