» » Boşanmadan da aliment almaq mümkündür

Boşanmadan da aliment almaq mümkündür

Bölmə: Xəbər, MARAQLI
Boşanmadan da aliment almaq mümkündür
Südəmər uşaq olan ailələrdə bəzi hallarda münaqişələr baş verir. Məhkəmə tərəflərə boşanmanın həyata keçirilməsi üçün 1 il gözləməyi məsləhət görür. Bəs bu ərəfədə uşağı ilə tək yaşayan qadın və ya kişi aliment ala bilərmi?

Xalqinfo.az Xezerxeber.az-a istinadla məlumat verir ki, boşanmadan da aliment almaq mümkündür.

Ailə münaqişəsi zamanı ya kişi ailəni tərk edir, ya da qadın uşaqlarını atalarının öhdəliyinə atıb gedir. Uşaq südəmər olarsa, 1 yaşına çatmadığı təqdirdə çox zaman məhkəmə onların boşanması barədə qərar çıxarmır. Bu zaman rəsmi nikahda olmağınıza baxmayaraq, iddia ərizəsi ilə məhkəməyə müraciət etməlisiniz.

Ailə Məcəlləsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan hesablanır. Nikahın pozulub-pozulmaması alimentin miqdarına təsir etmir. Qanunvericilik qarşı tərəfə boşanmaya qədər alimenti ödəməyi tələb kimi qoyur. Aliment ailədəki uşaqların sayından asılı olaraq daha artıq müəyyənləşə bilər.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler