» » “Azərişıq”dan işıqsızlıqla bağlı xəbərə - Münasibət

“Azərişıq”dan işıqsızlıqla bağlı xəbərə - Münasibət

Bölmə: Xəbər
“Azərişıq”dan işıqsızlıqla bağlı xəbərə - Münasibət
“Dünən axşam Report informasiya agentliyi Goranboyda 15 kəndin işıqsız qalması ilə bağlı bir xəbər yayıb. Bu, tam yalan və qərəzli informasiyadır”.

Bu sözləri “Azərişıq” ASC-nin mətbuat katibi Tanrıverdi Mustafayev “Qafqazinfo”ya açıqlamasında deyib. O, bildirib ki, istər bayram günlərində, istərsə də, dünənki güclü küləkdə “Azərişıq”ın əməkdaşları 24 saat iş başında olub. Yayılan bu kimi yanlış informasiyalar onların gördüyü işə böyük kölgə salır:

“Növbəli sistemlə əməkdaşlarımız 24 saat fəaliyyət göstərib. Dünən Goranboy rayonunun 15 kəndinin işıqsız qalması tam yalan məlumatdır. Bəli, bəzi rayonlarda külək fəsadlar yaradıb. Ancaq qabaqcadan gördüyümüz tədbirlər nəticəsində heç bir kəndin elektrik təchizatında problem yaranmayıb. Hazırda da hər bir yerə normal elektrik enerjisi verilir. Bu məlumatı yayan şirkətin nəyə istinad etdiyini, bizimlə niyə dəqiqləşdirmədiyini başa düşə bilmirik. Yayılan belə xəbərlər gördüyümüz işə kölgə salmaqdan başqa bir şey deyil”.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler