» » Avropa məhkəməsi Ermənistana qarşı qərar çıxardı

Avropa məhkəməsi Ermənistana qarşı qərar çıxardı

Bölmə: Xəbər, GÜNDƏM
Avropa məhkəməsi Ermənistana qarşı qərar çıxardı
Bu gün Avropa İnsan Haqları Məhkəməsi (AİHM) Ermənistana qarşı “Avakemyan Ermənistan əleyhinə” şikayəti üzrə qərar çıxarıb.

Xalqinfo.az “Faktİnfo”ya istinadən xəbər verir ki, Avakemyanın rəsmi nüamyəndəsi və vəkili Ayk Alumyan bildirib ki, Avropa Məhkəməsi insan hüquqları üzrə Avropa Konvensiyasının 6 və 13-cü maddələrinin pozulmasını tanıyıb.

Avropa məhkəməsi hesab edib ki, Ermənistan höküməti şikayət edən şəxsə kompensasiyanın verilməsi haqqında kifayət qədər qüvvəyə minmiş qərarın qəbul olunmasına baxmayaraq, qərarın icraatı üçün müvafiq addımlar atmayıb.

Qərara əsasən, Ermənistan Respublikası ərizəçiyə mənəvi ziyan əvəzi olaraq 3600 avro məbləğində kompensasiya ödəməlidir. Bununla belə məhkəmə 25 min avro məbləğində maddi ziyanın ödənilməsi barədə tələbi rədd edib.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler