» » “Deyirlәr ki, sәni vәtәn xaini elan edәcәklәr” -

“Deyirlәr ki, sәni vәtәn xaini elan edәcәklәr” - Әfran İsmayılov

Bölmə: Xəbər, Idman
“Deyirlәr ki, sәni vәtәn xaini elan edәcәklәr” -
Bu gün Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyunları çərçivəsində “Qarabağ” səfərdə “Neftçi”ni 2:0 hesabı ilə məğlub edib.

Matçdan sonra jurnalistlərə müsahibə verən “Qarabağ” klubunun və millimizin futbolçusu Əfran İsmayılov "Qafqazinfo"nun əməkdaşının suallarını da cavablandırıb:

- Çətin qələbə qazandıq. Çünki heyətdə çox dəyişiklik var idi. Bizdə birinci, ikinci heyət söhbəti yoxdu. Hamısı eyni səviyyəli futbolçulardı. Yaxşı oyun göstərərək qələbə qazandıq. Ancaq hələ hər şey həll olunmayıb. Finala yüksələn komandanın adı cavab matçından sonra bilinəcək.

- Ancaq səfərdə qazanılan 2:0 hesablı qələbə böyük üstünlükdür.

- Düzdür, amma Azərbaycanda səfər anlayışı yoxdur. Bakının içində oynayırıq. Futbol gündən-günə inkişaf edir. 0:4 hesabı ilə məğlub olan komanda cavab matçında 6 qol vurur. Əsas odur ki, rahatlaşmayaq.

- Yarımfinalın digər matçında da "Qəbələ" "İnter" üzərində qələbə qazandı...

- "Qəbələ" həm çempionluğa, həm də kuboka çox iddialıdır. Ancaq biz bunu fikirləşmirik. Əvvəlcə öz oyunumuzu düşünməliyik. Kim güclüdürsə, o da qalib gəlsin.

- Millidəki oyununa görə çox tənqid olundu. Səncə, nə baş verir?

- Mən sosial şəbəkələrdə uzaq adamam. Ordan-burdan eşidirəm ki, söhbəti çox şişirdirlər. Deyirlər ki, səni vətən xaini elan edəcəklər. Ta bu qədər də yox da. Söhbətin bu qədər şişirdilməsinin yeri yox idi. Düzdür, səhv etdim. Robert Prosineçki və Qurban Qurbanov da bildirdi ki, burda belə etmək lazımdı. Mən də başa düşdüm. Bu qədər söz-söhbətlər mənə təsir etdi.

- Xüsusən də almanların ikinci qoluna görə daha çox tənqid olundun...

- Qarşımızdakı rəqib Almaniyadır. Sizi inandırım ki, rəqib tam gücünü ortaya qoymamışdı. 30-40 faiz gücü ilə oynayırdı. Biz 14-15 km qaçdıq, amma Toni Kross 3-4. Ağıllı futbol oynayırdılar. Mən istəmirəm ki, Almaniyanı udaq? Bunu hamıdan birinci mən istəyirəm. Kimliyindən asılı olmayaraq, futbolçu stabil oynamır. Almaniyaya qarşı oynadığımız kimi Şimali İrlandiyaya qarşı oynasaq, bizim üçün yaxşı olacaq.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler