» » Bu yolda hərəkət etməyin

Bu yolda hərəkət etməyin

Bölmə: Xəbər
Bu yolda hərəkət etməyin
Bu gün axşam saatlarınadək “Hava limanı” yol qovşağından “Mərdəkan” yol qovşağınadək olan hissədə avtomobillərin hərəkəti qismən məhdudlaşdırılacaq.

“Azəravtoyol” ASC-dən verilən məlumata görə, məhdudiyyətin səbəbi yolun üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri ilə bağlıdır.

“Azəravtoyol” ASC tərəfindən Bakı şəhərində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə, piyada keçidlərinin, yolcizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri həyata keçirilir. Bu gün axşam saatlarınadək “Hava limanı” yol qovşağından “Mərdəkan” yol qovşağınadək olan hissədə yolun üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılır. Bu səbəbdən göstərilən müddət ərzində sözügedən ərazidə avtonəqliyyat vasitələrinin hərəkəti rənglənmə işlərinin aparıldığı zolaqlar üzrə hissə-hissə qismən məhdudlaşdırılır. “Azəravtoyol” ASC sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler