» » Mircəfər Bağırovun həbsxana fotosu yayıldı-

Mircəfər Bağırovun həbsxana fotosu yayıldı- Foto

Bölmə: Xəbər
Mircəfər Bağırovun həbsxana fotosu yayıldı-
Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin I katibi Mircəfər Bağırovun həbsxanada çəkilmiş fotosu yayılıb. ANS PRESS-in xəbərinə görə, şəkli tarixçi-yazar Ədalət Tahirzadə şəxsi facebook səhifəsində yayıb. Şəkillə yanaşı Mircəfər Bağırov barədə məlumat da paylaşan Ədalət Tahirzadə bu yazını Azərbaycanın azadlığı uğrunda şəhid olmuş Nəbibəyovlar nəslinə ithaf etdiyini bildirib.

“Bu yazımı Azərbaycanın azadlığı uğrunda mübarizədə şəhid olmuş NƏBİBƏYOVLAR nəslinə ithaf edirəm!

Bu gün AZƏRBAYCAN CƏLLADI Mircəfər Bağırovun ad günüdür. Özünü tanıyandan əlində silah insan öldürməklə məşğul olub. Öncə Əli bəy Zizikskinin müavini kimi Qubada erməniləri və bolşevikləri qırıb, sonra Azərbaycan "ÇK"-sının sədri və daxili işlər komissarı/ naziri kimi bolşeviklərin əmriylə müsavatçıları və başqa azadlıqsevərləri kütləvi şəkildə məhv edib. 1930-da Azərbaycanda baş qaldırmış Şəki üsyanı kimi onlarca xalq etirazını ən amansız şəkildə qan içində boğub. Daha sonra Azərbaycan KP-nin 1-ci katibi işləyərkən 1937-38 və 1947-49-cu illər repressiyalarında Azərbaycan xalqının milli ziyalı elitasını və cəmiyyət içərisində nüfuzu olan bütün şəxslərini Moskvanın göstərişinə uyğun olaraq sistemli şəkildə məhv edib və bunların həlledici qismini ermənilərin əli ilə edib (Yuvelian Sumbatov-Topuridze onun ən sevimli dostu olub). Bütün karyerası boyunca Kremlin ən sədaqətli nökəri vəzifəsini yerinə yetirib. Sonu isə aşağıda gördüyünüz kimidir - on minlərcə yurddaşımızı məhv etdirdiyi zindana özü düşdükdən sonra sındırılmış gözlüyünün yerinə yeni gözlük də vermədilər. Bu, onun zindanda çəkilmiş və indiyədək heç kəsin görmədiyi son şəklidir”.
Mircəfər Bağırovun həbsxana fotosu yayıldı-

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler