» » Masallıda iki maşın toqquşdu -

Masallıda iki maşın toqquşdu - Ölən və yaralanan var

Bölmə: Xəbər, Kriminal
Masallıda iki maşın toqquşdu -
Masallıda ölümlə nəticələnən yol qəzası baş verib.

Xalqinfo.az xəbər verir ki, hadisə Ələt-Astara magistralının Təzə Alvadı kəndindən keçən hissəsində qeydə alınıb.

Cəlilabad rayonu Göytəpə şəhər sakini, 1981-ci il təvəllüdlü Mirqoşqar Mürsəlov Mirşamil oğlu idarə etdiyi “VAZ 21011” markalı avtomobillə Masallı rayonu Seybətin kənd sakini, 1980-cı il təvəllüdlü Rəhim İsmayılov Əlifağa oğlunun idarə etdiyi “Mercedes” markalı minik avtomaşını toqquşub.

Nəticədə "VAZ"-ın sürücüsü M.Mürsəlov hadisə yerində dünyasını dəyişib. R.İsmayılov ağır vəziyyətdə Masallı rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin orta ağır olduğu deyilir.

Faktla bağlı araşdırma aparılır. (apa)

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler