» » Zərdabda canavarlar kəndə hücum edib -

Zərdabda canavarlar kəndə hücum edib - Foto

Bölmə: Xəbər, Sosial
Zərdabda canavarlar kəndə hücum edib -
Zərdab rayonunda kəndə hücum edən canavarlar bir gecədə iki fərdi təsərrüfata ziyan vurub.

Xalqinfo.az-ın APA-ya istinadən xəbərinə görə, hadisə gecə saatlarında rayonun Bıçaqçı kəndində baş verib.

Canavarlar gecə saatlarında kənd sakini, 1965-ci il təvəllüdlü Kamran Kamal oğlu Musayevin fərdi təsərrüfatındakı xırda buynuzlu heyvanlardan 3-nü parçalayaraq tələf edib, 33-nü yaralayıb, 7 qoyunu isə aparıb.

Həmin gecə digər kənd sakini, 1963-cü il təvəllüdlü Kazım Məhəmməd oğlu İbrahimov məxsus təsərrüfata hücum edən canavarlar bir qoyunu tələf edib, birini isə yaralayıb.

Son 20 gün ərzində canavarlar təkcə Bıçaqçı kəndində 35 baş xırda buynuzlu heyvanı parçalayaraq tələf edib, 50-dən çoxunu yaralayıb, 20-ni isə aparıb.

Zərdabda canavarlar kəndə hücum edib -
Zərdabda canavarlar kəndə hücum edib -

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler