» » İlanları nə üçün öldürmək olmaz? -

İlanları nə üçün öldürmək olmaz? - Araşdırma

Bölmə: Xəbər, MARAQLI
İlanları nə üçün öldürmək olmaz? -
Rusiyanın tanınmış zooloqları dünyanın bir sıra ölkələrində ilanların nə üçün öldürülməməsi ənənəsi ilə bağlı araşdırmalar aparıblar.

Xalqinfo.az qonşu ölkənin mətbuatına istinadən xəbər verir ki, araşdırmaçılar ayrı - ayrı xalqların nə üçün zəhərli sürünənləri öldürməmələrinin səbəblərini müəyyənləşdiriblər. Məlum olub ki, bəzi xalqlar ilanları məhv etməyin onlara bədbəxtlik, yoxsulluq bəxş edəcəyini güman edirlər.

Məsələn, Bukovinada (Ukrayna) hesab edirlər ki, ilanlar evlərə mehribanlıq, səmimiyyət və uğur gətirir. Əgər bu heyvanı öldürsəniz uğur ailənizdən qaçacaq. Bukovina sakinləri həyət - bacalarında ilan gördükdə sakit dayanır, heyvanın çıxıb getməsini gözləyirlər. Onu öldürmək yolverilməz sayılır.

İlanların öldürülməsini yolverilməz sayan digər slavyan xalqı isə qərbi slavyanlar, o cümlədən polyaklardır. Nə qədər qəribə də olsa, Polşada ilanı insanlarla eyniləşdirirlər. Bu ölkədə sürünən heyvan insanın əkiz tayı hesab olunur. Polyakların məşhur əfsanəsinə görə, ilan öldürüləndə onun əkiz tayı olan insan da tezliklə məhv olur.

Litvalıların qənaətinə görə, ilanlar hər bir evdə məskən salıb. Onların sayı yaşayış məskənlərindəki insanların sayı qədərdir. Axşamlar hamı yatdıqdan sonra ilanlar oyanıb gəzir, öz nəfəsləri ilə oxşarları olan insanlara müdriklik, güc və sağlamlıq bəxş edirlər.

Estonlar bu sahədə bir qədər də irəli gediblər. Bu ölkənin Ədəbiyyat Muzeyində ilanlarla bağlı 100 inam qorunub saxlanılır. Estonlar hesab edirlər ki, hər bir ilan bir evin gücü, mehribanlıq rəmzidir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler