» » Samvel Babayan silah qaçaqmalçılığında iştirakını etiraf etdi

Samvel Babayan silah qaçaqmalçılığında iştirakını etiraf etdi

Bölmə: Xəbər, Kriminal
Samvel Babayan silah qaçaqmalçılığında iştirakını etiraf etdi
Qarabağ separatçılarının keçmiş komandanı Samvel Babayan və digər həbs olunanlar “İqla” zenit-raket kompleksinin və 9M39 raketinin qaçaqmalçılığında iştiraklarını etiraf ediblər. Xalqinfo.azErmənistan xəbərləri”nə istinadən bildirir ki, bu barədə bəyanatı bu gün Ermənistanın Baş Prokurorluğu yayıb.

Mənbəyə görə, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin həyata keçirdiyi tədbirlər nəticəsində martın 22-də “İqla” zenit-raket kompleksinin tərkib hissələri və həmin kompleksə daxil olan 9M39 raketi aşkar edilib.

“Bununla əlaqədar olaraq, martın 22-də MTX-nin İstintaq idarəsi tərəfindən Ermənistan Cinayət Məcəlləsinin iki maddəsi üzrə cinayət işi başlanılıb.

Bu cinayətdə iştirakda şübhəli bilinərək, elə həmin gün üç nəfər, o cümlədən Samvel Babayan həbs edilib.

İstintaq zamanı əldə olunmuş kifayət qədər dəlil əsasında Samvel Babayana və onun əlaltılarına həmin iki maddə üzrə ittiham irəli sürülüb.

Baxmayaraq ki, təqsirləndirilənlər onlara qarşı irəli sürülmüş ittiham üzrə özlərini təqsirli bilməyiblər, ifadə verdikləri zaman şübhəlilər, o cümlədən Samvel Babayan sözügedən silah-sursatın qaçaqmalçılığında iştirak etdiklərini etiraf ediblər və işin mahiyyəti üzrə məlumat veriblər.

Məhkəmənin 24 mart tarixli qərarı ilə ittiham edilənlər 2 ay müddətinə həbs cəzasına məhkum olunublar. Cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir”, - Ermənistan Baş Prokurorluğunun məlumatında deyilir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler