Bakıda 14 dərəcə isti olacaq - Yağış yağmayacaqMartın 25-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək, bəzi yerlərdə zəif duman olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən “Xalqinfo”ya verilən xəbərə görə, şimal-şərq küləyi səhər mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq, gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 3-6° isti, gündüz 10-14° isti, Bakıda gecə 3-5° isti, gündüz 12-14° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək - 770 mm civə sütunundan 763 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 85-95 %, gündüz 60-70% təşkil edəcək. Sabah Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın hərarətinin gecə 2-7° isti, gündüz 13-18° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 5-10° isti olacağı gözlənilir. |
XƏBƏR LENTİ
10.03.24 10:58 | “Toplum TV” üzərindən yarım milyondan çox vəsait qeyri-qanuni Azərbaycana çatdırılıb
10.03.24 10:38 | Trampın Ukrayna ilə bağlı gizli planı – Bild
10.03.24 10:35 | Zaur Baxşəliyev, Lalə Azərtaş, Tolik, Xoşqədəm Baxşəliyeva, Elgiz Əkbər və Zaur Kamalla bağlı ŞOK YAZI
10.03.24 10:30 | Deputatın oğlu işdən çıxarıldı
10.03.24 10:25 | Tokayev sabah Bakıya gəlir
|