» » Rusiyadan Azərbaycana zərərli buğda idxalı…

Rusiyadan Azərbaycana zərərli buğda idxalı…

Bölmə: Xəbər, İqtisadiyyat
Rusiyadan Azərbaycana zərərli buğda idxalı…
Mordoviya Respublikasındakı Ruzayevkdəki "Çörək bazası" müəssisəsində küskütotu mərkəzi aşkar edilib.

Xalqinfo.az Virtualaz.org-a istinadən xəbər verir ki, “Rosselxoznadzor” İdarəsinin məlumatına görə, 2600 ton yoluxdurulmuş buğda Azərbaycana göndərilməli imiş. Amma fitosanitar nəzarət zamanı yük boşaldılarkən mütəxəssislər aşkar ediblər ki, dən alaq bitkisi küskütotu ilə yoluxdurulub. Yükün boşaldılması dayandırılıb və dən əlavə təmizlənmə üçün göndərilib. Qeyd edək ki, dən təmizləndikdən sonra tullantılar yandırılır.

Hazırda Açıq Səhmdar Cəmiyyətinin ərazisi ilə sərhədlərdə 22,8169 hektarlıq karantin zonası yaradılıb. Dəni və onun emalı məhsullarını bazadan yalnız karantin və ya fitosanitar sertifikatlarının müşayiəti ilə çıxarmaq olar.

Vegetasiya dövründə müəssisənin ərazisini və müəssisəyə aparan 3-kilometrlik dəmiryol zonasını karantin müayinələrindən keçirmək lazımdır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler