» » Moskvada azərbaycanlı sürücü sərxoş sərnişini bıçaqladı

Moskvada azərbaycanlı sürücü sərxoş sərnişini bıçaqladı

Bölmə: Xəbər, Kriminal
Moskvada azərbaycanlı sürücü sərxoş sərnişini bıçaqladı
Moskvada avtomobilinə mindirdiyi sərnişini bıçaqlayan 29 yaşlı azərbaycanlı tutulub.

Xalqinfo.az "Report"-a istinadən xəbər verir ki, insident Turistskaya küçəsi, ev 19-da baş verib. 1984-cü il təvəllüdlü şəhərli sərxoş vəziyyətdə Zelenoqrad istiqamətinə gedən avtomobillərdən birinə minib. O, mənzil başında sürücüyə iki min rubl ödəyib, onlar dalaşıblar.

"Zərərçəkmişi qarşılayan həyat yoldaşı onun sinəsində qan izləri aşkar edib, ardınca polis və təcili yardım çağırıb. Məlum olub ki, kişi qaraciyər və ürək kisəsi nahiyələrindən kəsilmiş-deşilmiş yaralar alıb", - deyə mənbə bildirib.

Əməliyyatçılar hadisəni törədən şəxsi müəyyən ediblər və onu Zelenoqradın "Krükovo" stansiyasında saxlayıblar. Ona qarşı qəsdən sağlamlığa ağır zərər yetirmə maddəsi üzrə iş açılıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler