Drenaj kanalında 3008 partlamamış sursat tapıldıBeyləqan rayonu, Kəbirli kəndi – drenaj kanalına baxış keçirilib Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Trend-ə verilən məlumata görə, kanaldan 3 008 ədəd partlamamış hərbi sursat (38 ədəd 40 mm-lik silah qumbarası (VOQ-25), 21 ədəd 30 mm-lik zenit top mərmisi (OFZ),1 ədəd 70 mm-lik PQ-7VM raketi, 1 ədəd 73 mm-lik PQ-9 raketi, 5 ədəd F-1 əlqumbarası, 118 ədəd F-1 əlqumbarasının partladıcısı (UZRQM) və 2 824 ədəd müxtəlif çaplı patron) aşkar edilib, 2 824 ədəd müxtəlif çaplı patronun daşınması mümkün olduğuna görə mərkəzi məhvetmə ərazisinə daşınıb, qalanları isə məhdud daşınaraq partlayış yolu ilə zərərsizləşdirilmişdir. Nəticə etibarilə 2 200 kv.m. ərazi yoxlanılıb. Ümumilikdə Agentlik tərəfindən 01 yanvar – 21 mart 2017-ci il tarixlərində Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Bərdə, Tovuz, Qazax, Lənkəran və Cəbrayıl rayonları, Lənkəran, Gəncə, Şirvan və Tərtər şəhərlərində 7 otlaq sahəsinə, 6 əkin sahəsinə, 1 hərbi hissənin yaxınlığına, 158 ev və həyətyanı sahəyə, 1 kənd orta məktəbinin həyətinə, su arxına, suvarma və drenaj kanalının ətrafına, dəniz və çay sahilinə, yol kənarına, yeni avtomobil yolunun çəkiləcəyi əraziyə, avtobaza ərazisinə, körpü ərazisinə, istirahət mərkəzinə, qəbirstanlığa, yaşayış binasının yaxınlığına baxış keçirilib, 5 000 ədəd partlamamış hərbi sursat, 73 ədəd tank əleyhinə mina və 8 ədəd piyada əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib, 1 251 709 kv.m ərazi (470 170 kv.m əl ilə, 341 200 kv.m mexaniki üsulla, 113 000 kv.m SENSYS dərinlik ölçən cihazı və 327 339 kv.m minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılıb. Leyla Həsənova |
XƏBƏR LENTİ
10.03.24 10:58 | “Toplum TV” üzərindən yarım milyondan çox vəsait qeyri-qanuni Azərbaycana çatdırılıb
10.03.24 10:38 | Trampın Ukrayna ilə bağlı gizli planı – Bild
10.03.24 10:35 | Zaur Baxşəliyev, Lalə Azərtaş, Tolik, Xoşqədəm Baxşəliyeva, Elgiz Əkbər və Zaur Kamalla bağlı ŞOK YAZI
10.03.24 10:30 | Deputatın oğlu işdən çıxarıldı
10.03.24 10:25 | Tokayev sabah Bakıya gəlir
|