» » Qaçaqmalçılar dəniz yolu ilə Azərbaycana keçməyə cəhd göstəriblər

Qaçaqmalçılar dəniz yolu ilə Azərbaycana keçməyə cəhd göstəriblər

Bölmə: Xəbər
Qaçaqmalçılar dəniz yolu ilə Azərbaycana keçməyə cəhd göstəriblər
Rusiyalı sərhədçilər RF-dən Azərbaycana qanunsuz yolla keçirilən tütün məmulatlarını nəzarətə götürüblər.

Xalqinfo.az xəbərinə görə, bu barədə “AiF Dağıstan” nəşrinə Dağıstan Respublikası üzrə Rusiya Federal Təhlüksizlik Xidmətinin Sərhəd İdarəsinin mətbuat xidmətindən məlumat verilib.

“Dərbənd şəhərindən cənub-şərqdə dənizdə göyərtəsində iki Rusiya vətəndaşı olan və Azərbaycana istiqamətlənən gəmi aşkarlanıb. Sərhəd xidmətinin əməkdaşlarının gəminin sənədlərinin yoxlanılması üçün qanuni tələblərinə baxmayaraq, onlar gəmini saxlamayıblar”, - mənbə deyib.

Nəşrin sözçüsünün məlumatına əsasən, qaçaqmalçılar suya qara paketlərdə qutular atmağa başlayıblar. Qutularda Rusiya Federasiyasının aksiz markası olmadan 3 min “NZ gold compact” markalı siqaret bloku aşkarlanıb.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler