» » Zakir Həsənov hərbi hospitalda

Zakir Həsənov hərbi hospitalda

Bölmə: Xəbər
Zakir Həsənov hərbi hospitalda
Müdafiə Nazirliyin rəhbər heyəti Novruz bayramı ilə əlaqədar Silahlı Qüvvələrin Baş Klinik Hospitalında olub.

Nazirliyin mətbuat xidmətindən Xalqinfo.az verilən məlumata görə, hərbi tibb müəssisəsinin həyətində ucaldılan ümummilli liderimiz Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoyulub və ehtiram ifadə edilib.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov hospitalda müalicə alan şəxsi heyətlə görüşərək onların səhhəti ilə maraqlanıb, hərbi qulluqçulara bayram sovqatları təqdim edilib və tezliklə sağalaraq xidmət yerlərinə qayıtmaları arzu olunub.

Sonra hərbi qulluqçuların ailə üzvləri, hərbçi və mülki qadın əməkdaşlara yüksək səviyyədə tibbi xidmətin göstərilməsi üçün nəzərdə tutulan, son texnoloji nailiyyətlərə əsaslanaraq müasir avadanlıq və cihazlarla təchiz edilmiş Doğum şöbəsinin açılışı olub.

Tibbi heyətlə görüşən Müdafiə naziri onları bayram münasibətilə təbrik edib, uğurlar diləyib, müraciət edənlərə yüksək peşəkarlıq və qayğı ilə xidmət göstərilməsi ilə bağlı tapşırıqlar verib.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler