» » 14 ton Azərbaycan pomidorunu Rusiyaya buraxmadılar

14 ton Azərbaycan pomidorunu Rusiyaya buraxmadılar

Bölmə: Xəbər
14 ton Azərbaycan pomidorunu Rusiyaya buraxmadılar
Dağıstanın Yaraq-Qazmalar sərhəd-keçid məntəqəsində Azərbaycandan Rusiyaya aparılan 13 ton 941 kiloqram pomidor saxlanılıb.

Xalqinfo.az APA-ya istinadən verdiyi məlumata görə, Rusiyanın fitosanitar müfəttişləri Azərbaycandan gətirilən tomatın sertifikatında şübhə doğuran düzəliş aşkar ediblər və buna görə də malın saxlanılması barədə qərar verilib.

Yükün sahibi karantin altında məhsulun gətirilməsi və daşınması qaydalarının pozuntusuna görə inzibati məsuliyyətə cəlb olunub. 13 ton 941 kiloqram pomidorun Rusiya ərazisinə keçirilməsinə qadağa qoyulub.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler