» » Türkiyədə Azərbaycan Dərnəyinin Novruz şənliyinə icazə verilmədi

Türkiyədə Azərbaycan Dərnəyinin Novruz şənliyinə icazə verilmədi

Bölmə: Xəbər, BLOK XƏBƏR, MANŞET
Türkiyədə Azərbaycan Dərnəyinin Novruz şənliyinə icazə verilmədi
Türkiyənin Kocaeli vilayətində azərbaycanlılara Novruz şənliyi keçirməyə icazə verilməyib.

Xalqinfo.az Türkiyə mənbələrinə istinadən xəbər verir ki, Kocaeli vilayətinin Körfəz şəhərində Körfəz Azərbaycan Kültür və Yardımlaşma Dərnəyi martın 21-də saat 19.00-da şəhər bələdiyyəsi ilə birlikdə Novruz şənliyi keçirməyə hazırlaşırdı. Bu tədbir üçün hər cür hazırlıq görülüb. Lakin Körfəz Kaymakamlığı tədbirin keçirilməsinə icazə verməyib.

Türkiyədə Azərbaycan Dərnəyinin Novruz şənliyinə icazə verilmədi











Dərnəyin başqanı Abdullah Salar bunları deyib: “Mərasimi Körfəz bələdiyyəsi ilə birlikdə təşkil etmişdik, hər cür hazırlıq görmüşdük. Dəvətnamələr də çap edilmişdi. Ancaq Türkiyədə elan edilmiş fövqəladə vəziyyətlə bağlı kaymakamlıq bu il Novruz şənliyinin keçirilməsinə icazə vermədi. Dövlətimizin qərarına hörmətlə yanaşırıq. Bu il Novruz şənliyi keçirməyəcəyik”.

Xatırladaq ki, Türkiyədə ötən il iyulun 15-də baş vermiş hərbi çevriliş cəhdindən sonra bütün ölkə ərazisində fövqəladə vəziyyət elan edilib. Bu qərar hələ də qüvvədədir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler