Goranboy sakini evinin dam örtüyünü bayrağa bürüyübBölmə: Xəbər
Goranboy rayon sakini evinin dam örtüyünü bayrağa bürüyüb. Xalqinfo.az Report-a istinadən verdiyi məlumata görə, Şadlı kənd sakini, 47 yaşlı İlham Hüseynov övladının istəyi ilə yaşadığı evin dam örtüyünü yeniləyən zaman orada üçrəngli Azərbaycan bayrağı və ay-ulduzu əks etdirib. Dəmirdən olan örtüyü ev sahibin qardaşı inşa edib. Beləliklə, əmisi 15 gün müddətində İlyas Hüseynovun arzusunu reallaşdırıb. Şadlı sakini kəndə ilk dəfə gələnlərin dam örtüyünün necə hazırlanması, çəkilən xərclə maraqlandığını deyir. Bayraq formasında dam örtüyünü hazırlamaq üçün lazım olan materiallar Gəncə şəhərindən sifariş edilib. Ev sahibi övladının arzusunun reallaşması üçün isə 2500 manat xərc çəkib. Leyla Həsənova |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|