» » Ermənistandan Azərbaycana ət gətirilir? Rəsmi cavab

Ermənistandan Azərbaycana ət gətirilir? Rəsmi cavab

Bölmə: Xəbər, BLOK XƏBƏR, MANŞET
Ermənistandan Azərbaycana ət gətirilir? Rəsmi cavab
Ermənistandan heç bir heyvan və heyvan mənşəli məhsullar ölkəmizə idxal edilməyib”. Bu barədə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) məlumatında bildirilir.

Qeyd olunur ki, bəzi kütləvi informasiya vasitələrində guya Gürcüstan vasitəsi ilə Ermənistan mənşəli vərəm xəstəliyinə yoluxmuş diri heyvan və heyvan ətlərinin Azərbaycan Respublikasına idxal edilməsi barədə məlumat yayılıb. Bununla əlaqədar DBNX bildirir ki, bu məlumatların heç bir əsası yoxdur, həqiqəti əks etdirmir, heç bir fakta söykənmir və Ermənistandan heç bir heyvan və heyvan mənşəli məhsullar ölkəmizə idxal edilməyib.

“Gürcüstan və digər ölkələrdən Azərbaycana gətirilən heyvan və heyvan mənşəli məhsullara həmin ölkələrin baytarlıq xidmətləri tərəfindən sağlamlığına dair baytarlıq sertifikatı və digər müvafiq sənədləri təqdim edildikdən sonra onların idxalına icazə verilir. Respublikaya idxalına icazə verilmiş heyvandarlıq məhsulları müvafiq laboratoriya müayinələrindən keçirildikdən sonra istifadəsinə icazə verilir. Bu müddət ərzində laboratoriyada müvafiq analizləri aparılan idxal edilən məhsullarda vərəm və digər infeksion xəstəliklərin törədiciləri aşkar edilməyib”, - deyə məlumatda qeyd olunur.

Dövlət Baytarlıq Nəzarəti Xidməti bu yayılmış məlumatların həqiqəti əks etdirmədiyini, heç bir real faktlara əsaslanmadığını və şayiə xarakterli olduğunu bildirir.

DBNX onu da bildirir ki, respublikaya idxal olunan bütün heyvan və heyvan mənşəli məhsullara nəzarət olunur və ölkədə epizootik vəziyyət sabitdir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler