» » Bulvarda atəşfəşanlıq oldu

Bulvarda atəşfəşanlıq oldu

Bölmə: Xəbər, Sosial
Bulvarda atəşfəşanlıq oldu
Təbiətin oyanması, həyatın canlanması, ruzi-bərəkət rəmzi olan Novruzun Azərbaycana gəlişi münasibətilə ümumxalq şənliyi və bayram gəzintisi martın 18-də Bakı Şəhər İcra Hakimiyyətinin, Mədəniyyət və Turizm Nazirliyinin və “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin Dənizkənarı Milli Parkda təşkil etdikləri konsert proqramı ilə davam edib.

"Xalqinfo"nun məlumatına görə, parkda qurulmuş səyyar səhnənin qarşısında toplaşmış şəhər sakinləri və paytaxtımızın qonaqları tanınmış incəsənət ustalarının ifasında şən mahnıları dinləyib, rəngarəng rəqslərə maraqla tamaşa ediblər. Yurdumuza qədəm qoyan baharı və Vətənimizin gözəlliklərini tərənnüm edən mahnılar tamaşaçılarda xoş ovqat yaradıb, onların bayram sevincini daha da artırıb.

Bayram şənliyi möhtəşəm atəşfəşanlıqla yekunlaşıb. Bakının bahar səması al-əlvan rənglərə boyanıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler