» » Müdafiə naziri bir qrup hərbi qulluqçuya "polkovnik" hərbi rütbəsi təqdim edib

Müdafiə naziri bir qrup hərbi qulluqçuya "polkovnik" hərbi rütbəsi təqdim edib

Bölmə: Xəbər
Müdafiə naziri bir qrup hərbi qulluqçuya "polkovnik" hərbi rütbəsi təqdim edib
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmrinə əsasən bir qrup zabitə "polkovnik" hərbi rütbəsi verilib.

Xalqinfo.az xəbər verir ki, Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, hərbi qulluqçularla görüşən Z.Həsənov onlara gələcək xidmətlərində uğurlar arzulayıb, tapşırıq və tövsiyələrini çatdırıb.

Müdafiə naziri Azərbaycan prezidenti, Ali baş komandan İlham Əliyevin diqqət və qayğısı nəticəsində Silahlı Qüvvələrdə görülən irimiqyaslı tədbirlərdən, dövlət rəhbərliyi səviyyəsində ordu quruculuğunun inkişaf etdirilməsi istiqamətində həyata keçirilən ardıcıl işlərdən danışıb.

Novruz bayramı münasibətilə hərbi qulluqçuları və onların ailə üzvlərini təbrik edən nazir vurğulayıb ki, dövlətin orduya göstərdiyi bu yüksək diqqətə cavab olaraq şəxsi heyət üzərinə düşən vəzifə borcunu vicdanla yerinə yetirməli, xalqın və dövlətin etimadını doğrultmaq üçün bütün tapşırıqların öhdəsindən layiqincə gəlməlidir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler