» » Bakıda Faytondan Nəqliyyat Vasitəsi Kimi Istifadə Oluna Bilərmi?

Bakıda Faytondan Nəqliyyat Vasitəsi Kimi Istifadə Oluna Bilərmi?

Bölmə: Xəbər, MARAQLI
Bakıda Faytondan Nəqliyyat Vasitəsi Kimi Istifadə Oluna Bilərmi?
Ərşad Hüseynov: “Avropada bu nəqliyyatdan sadəcə turizm məqsədilə istifadə edirlər”

“Fayton nəqliyyat vasitəsi kimi tarixə qovuşub”

Avropanın bəzi şəhərlərində ənənəvi və ekoloji baxımdan təmiz nəqliyyat vasitəsi kimi bu gün də faytondan istifadə edilməkdədir. Maraqlıdır, Bakı və respublikamızın digər şəhərlərində necə, faytondan nəqliyyat vasitəsi kimi istifadə edilə bilərmi?

Açıqlama verən nəqliyyat və yol təhlükəsizliyi üzrə ekspert Ərşad Hüseynov bunun mümkün olmdığını bildirib:

“Avropanın bəzi şəhərlərində faytondan epizodik olaraq, turizm məqsədi ilə istifadə edilir. Türkiyədə də avtomobillər üçün qapalı olan ərazilər var ki, orada da nəqliyyat vasitəsi kimi yalnız faytondan istifadəyə icazə verilir. Yəni bu gün dünyanın heç bir ölkəsində faytondan kütləvi şəkildə istifadə edilmir. Çünki fayton bir nəqliyyat vasitəsi kimi öz dövrünü çoxdan başa vurub və tarixə qovuşub. Odur ki, Bakıda və ya respublikamızın digər şəhərlərində faytondan nəqliyyat vasitəsi kimi istifadə etmək mümkün deyil və belə bir cəhd özünü doğrultmayacaq”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler