» » Bakı hava limanı nüfuzlu beynəlxalq mükafata layiq görüldü

Bakı hava limanı nüfuzlu beynəlxalq mükafata layiq görüldü

Bölmə: Xəbər
Bakı hava limanı nüfuzlu beynəlxalq mükafata layiq görüldü
Heydər Əliyev Beynəlxalq Hava Limanı nüfuzlu “Skytrax World Airport Awards” mükafatına layiq görülüb.

Xalqinfo.az xəbər verir ki, Bakı hava limanı Rusiya və MDB ölkələrinin bütün hava limanları arasında göstərilən xidmət səviyyəsinə görə ən yaxşılar siyahısına başçılıq edir.

Mükafatın təntənəli təqdim olunması mərasimi martın 14-də Amsterdamda keçirilib.

“The World Airport Awards” mükafatı hava limanı sənayesi üçün hava limanı müştərilərinin məmnuniyyətinin illik qlobal inspeksiyası zamanı sərnişinlər tərəfindən tanınan ən nüfuzlu qiymətləndirmə hesab olunur.

“Skytrax” tərəfindən keçirilən və 550 hava limanı arasında sərnişinlərə xidmət və şəraiti qiymətləndirən hava limanlarının qlobal inspeksiyası dünya hava limanı sənayesi üçün keyfiyyət etalonu sayılır.

İnspeksiya və mükafat hava limanının nəzarəti və müdaxiləsindən asılı deyil və buna görə də hava limanının mükəmməlik və keyfiyyəti üzrə obyektiv göstəricidir.

2017-ci il mükafatları inspeksiya dövründə keçirilən 105 ölkədən 13,82 milyon sərnişinin iştirak etdiyi sorğunun nəticələrinə əsasən təqdim edilir.

Bütün dünya üzrə 550 hava limanını əhatə edən və hava limanının səyahətçilər üçün müxtəlif xidmətlərini və əsas fəaliyyət göstəricilərini - qeydiyyat, gəliş, transfer, alış-veriş, təhlükəsizlik, immiqrasiya və s. qiymətləndirən inspeksiya 2016-cı ilin iyul ayından 2017-ci ilin fevral ayına kimi keçirilib.

Onu da qeyd edək ki, 2015-ci ildə Heydər Əliyev Beynəlxalq Hava Limanı “Skytrax”ın nüfuzlu “4 ulduz” reytinqinə layiq görülüb və bir daha bu yüksək səviyyəyə layiq olduğunu sübut edib. Bu günədək dünyada yalnız 37 hava limanı bu reytinqə layiq görülüb.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler