» » “Aslan İsmayılovun ciddi psixoloji problemləri var”

“Aslan İsmayılovun ciddi psixoloji problemləri var” Azərbaycanlı iş adamı

Bölmə: Xəbər, GÜNDƏM
“Aslan İsmayılovun ciddi psixoloji problemləri var”
Bu gün “Xəmsə Club”da iş adamı “Xəmsə-M” şirkətinin rəhbəri Mürvət Həsənli mətbuat konfransı keçirib.

Xalqinfo.az xəbər verir ki, o, martın 10-u hüquqşünas Aslan İsmayılov və türkiyəli iş adamı Ömür Oralın keçirdiyi mətbuat konfransında səsləndirilən ittihamları cavablandırmaq üçün mətbuat konfransı keçirib. Mürvət Həsənli bildirib ki, “Siyəzən Broyler”lə “Emre Piliç” arasında əməkdaşlıq 2016-ci ilin iyun ayında bitib.

“2009-cü ilin sonlarından 2015-ci ilə qədər “Emre Piliç”lə əməkdaşlıq etmişik. 2015-ci ildə Azərbaycan mətbuatında tanınmış saytlarda gedən məlumat bizim iş birliyimizin dayandırılmasına səbəb olub. Həmin dövrdə Virtual.az, Haqqın.az, Müsavat.com və digər saytlarda “Emre Piliç” şirkətinin 30 faizinin ermənilərə məxsus olması ilə bağlı bizə məlumat verildi. Məlumatları oxuyandan sonra mən İstanbula getdim və kirvəsi olduğum insan məni aldatdığına görə mənim böyük qınağıma sahib oldu. O müddətdən sonra biz “Emre Pilic” ilə ticarəti tam dayandırdıq. Həmin ticarət dayanandan bu günə kimi bizim aramızda maliyyə bağladığımız müqavilələrlə əlaqəli mübahisələri olub. Müqavilələrdə bizim üzərimizə götürdüyümüz öhdəlik il ərzində 50 milyona yaxın yumurtanın alınması idi. Ancaq “Emre Piliç”in ortaqlarının erməni olduqlarını bilənə qədər müqavilə əsasında 36 milyon ətrafında həmin dövr üçün yumurta almışdıq. Təbii ki, bizim ermənilərlə heç bir işbirliyimiz ola bilməz. Mən qınağa sahib olacağımı düşünərək bu müqaviləni orada dayandırdım. Bir fors major hadisəsi kimi onu diqqətinə çatdırdım”.

Bu gün üçün Aslan İsmayılov deyir ki, Mürvət Həsənli borcunu qaytarmamaq üçün “Emre Piliç”in erməni ortaqlığı ilə bağlı məqaləni ortaya atdı. Azərbaycan mətbuatının bu məsələni ortaya atmağa borcu var idi? Bunu ortaya atanda məqsəd o idi ki, həmin şirkətin ortağı ermənidir. Biz də bu səbəbə görə ticarəti dayandırdıq. Mən borcumun müəyyən hissəsini etiraf etmişəm, onun bizə borcunun müəyyən hissəsi 2 saylı iqtisad məhkəməsində gedir. Münasibətlərimizin pozulması bu yöndən başladı.

Aslan İsmayılov deyilən hüquqşünas var, “vəkil” var( hansı ki, vəkillikdən qovulub), bu insanın həqiqətən psixoloji durumunda ciddi pozuntular var. Bu adamın hər kəslə bir problemi var. Onunla bağlı biz məhkəmədə də vəsatət verdik ki, onun psixoloji durumunun yoxlanılması ilə bağlı müraciət edək və bizim şirkətin hesabına onun psixoloji durumunu ya Azərbaycanda, Türkiyədə, hətta Ermənistanda istəyirsə pulun verək onun psixoloji durumunu yoxlatdıraq. Bu insan qarşısındakı adamı şantaj etməklə, hədə-qorxu gəlməklə heç bir qanunu əsas olmadan, hüquqi əsas olmadan istəyir ki, şər ataraq, mətbuat işçilərindən istifadə etməklə təsir etsin. Onun bir fikri var, Məşədi İbadın hambalı kimi mənim bir abbasım harada qaldı, hər zaman onu fikirləşir.

Hətta bir məqamı nəzərinizə çatdırım, 2008-ci ildə bu insan mənə zəng etdi “Mənim bacımın qonşusu sizin restoranda toy edib, orda 1800 manata qədər borcu qalıb. Xahiş edirəm ki, həmin borcu müəyyən müddət keçin və ya onu çağırın sizin restoranda işləyib hissə-hissə ödəsin” dedi. Mən də düşündüm ki, bu insan nə gözəl vətəndaşlıq mövqeyi sərgilədi və biz həmin adamı işə götürdük. Sonradan həmin insandan eşitdik ki, Aslan İsmayılov pul alıb ki, mənə görə sənin 1800 manatını siliblər. Bu gün də Türkiyəli iş adamını götürüb, onun adından danışır. Əllərində müəyyən faktlar göstəriblər və həmin faktlarla bağlı bir neçə söhbət edib. Həmin faktlarla bağlı prokurorluğa şikayət ərizəsi veriblər, orada da onların şikayətlərinə yazılı olaraq cavab verilib ki, bu iş mülki qaydada həll olunması üçün siz məhkəməyə müraciət etməlisiniz. Bu insan məhkəməyə müraciət etmək əvəzinə yenə də təsir imkanı kimi mətbuatı götürüb. Onun məqsədi mətbuat vasitəsi ilə “XƏMSƏ-M” şirkətinə və Mürvət Həsənliyə müraciət etməkdir. Onlar öz mətbuat konfransı özlərini ifşa edirlər və deyirlər ki, borc etirafında 1milyon 300min dollar Mürvət Həsənlinin bizə borcu var. İlk öncə onu deyim ki, Mürvət Həsətlinin heç kimə borcu yoxdur, “Xəmsə-M” şirkətinin hansısa şirkətə borcu ola bilər. Onlar etiraf edirlər ki, Mürvət Həsənlidən 600min dollar alacağımız var, həmin məbləği 30 faizi “Emre Piliç”in təsisçilərindən olan Arto Sevanoskanyan və Raffi Andranik Bozaçyan tərəfindən guya bizdəki uşaq evlərinə hədiyyə edilir. Yaxşı 600 min dollar hara, 1milyon 300 milyon hara? Onlar burada özlərini ifşa edirlər. İkinci məsələ 2015-ci ilin iyun ayından sonra “Emre Piliç” adında bir şirkətin Respublikaya yumurta idxalı mümkün olmayıb, amma mətbuat konfransında göstərilir ki, 2016-cı ildə də yumurta gətirilib”.

Mürvət Həsənli Ömür Oralı da məhkəməyə verdiklərini açıqlayıb.

Bundan başqa da Ömür Oralın “Qərbi Azərbaycanda doğulanmı ermənidir, yoxsa İstanbulda doğulanmı?” cümləsi olub. Biz bununla bağlı onu məhkəməyə verəcəyik. Qərbi Azərbaycan əzəli türk torpaqlarıdır. Bizim əslimiz Azərbaycan türküdür, hər zaman öz türklüyümüzü qorumuşuq, dəfələrlə qaçqınlığa məruz qalmışıq. Onun atdığı böhtanın cavabını hər zaman verəcəyik. Aslan İsmayılov hər dəfə gündəmə gəlmək üçün deyir ki, mənə hədə-qorxu gəlirlər. Belə bir deyim var, “Atı atın yanına bağlayanda həmrəng olmasa da həm xasiyyət olar”, Ömür Oral da çıxış edərək mənim onun oğluna hədə-qorxu gəldiyimi deyir. Əvvəla bu mənim tərbiyəmə xas olan məsələ deyil, ikinci də mən hədə-qorxu gələsi olsam niyə Ömürün oğluna hədə-qorxu gəlim? Ömür Oral mənə borcludur, mən onu məhkəməyə vermişəm, inşallah son məhkəmə qərarı olacaq ,məhkəmənin verdiyi qərara mənim tərəfindən hörmətlə yanaşılacaq.

Zamanında mən bu iş birliyini dayandırmasaydım, nə öz qohumlarımın, təmsil etdiyim xalqın üzünə çıxa bilməyəcəkdim. Mənim 3 əmimoğlu, xalamoğlu şəhid olub. Mən ermənin ortaq olduğu şirkətlə heç bir əməkdaşlıq edə bilməzdim. Bunun təsisçilərinin tərkibində ermənilərin olduğunu bilən kimi əməkdaşlığı bitirdim. Əgər oradan mən ayrılmasaydım ola bilərdi ki, qazanclarım çox olacaqdı, belə mübahisəli məsələlər olmayacaqdı, nədə Aslan, pələng kimi insanlar özlərini tülkülüyə çaqqallığa qoyub mətbuat konfransları keçirməyəcəkdilər.

Aslanın şər-şəbədə danışığı tək mənim üçün deyil, dövlət məmurları, dövləti təmsil edən səlahiyyətlilər, siyasi partiyaları təmsil edən insanları haqqında, QHT-ləri təmsil edən insanlar haqqında, tanınmış şəxslər haqqında çox danışır. Məsələn, Aslan İsmayılov , ona iş verən, çörək verən İlyas İsmayılovu xəyanətdə ittiham edir.

Aslan İsmayılov kimdənsə pul alacaqsa, şər-şəbədə etmək istəyirsə öz “Facebook” səhifəsində başlayır həmin adam yazmağa və özünə oxşarlar, öz ailəsinə mənsub olan insanlar başlayır həmin adam haqqında təhqiramiz rəylər yazmağa. Mən həmin fikirlərin hamısını Aslana və ailəsinə yönləndirirəm. O fikirlər ancaq ona və ailəsinə aiddir. Aslan İsmayılov özünün ədalətli hesab edir, əgər elə ədalətli insandırsa özü haqqında tənqidi rəylər yazanların rəylərini nəyə görə silir? Aslan İsmayılov bununla özü özünün ifşa edir. Əgər sən idealsansa, tənqidləri silmək əvəzinə əsaslı cavab ver. Adını hüquqşünas, hüquq müdafiəçisi qoyub, vəkillik edir, amma vəkillikdən xaric edilib. Bu günlərdə mənim işgüzar nüfuzuma vurduğu ziyana görə məhkəməyə, müraciət edəcəyəm.


Bunun başqa yolu yoxdur. Axı özü də rəsmi şəkildə “mən erməniləri müdafiə edirəm” deyən birindən başqa nə gözləmək olar ki?.
Aslan İsmayılov şər atmaqlarına baxın, deyir ki, “Siyəzən Broylerin” təsisçiləri yuxarılarda oturur. Hamı internet səhifəsinə girib baxa bilir ki, “Siyəzən Broylerin” səhmdarları 72 nəfərdən ibarətdir. 72 nəfərin 1-i ərəbdir. Burada şər-böhtan yağdırmağın nə mənası var? Millət vəkilinin, dövlət xadiminin “Siyəzən Broylerlə nə işi var? Aslan İsmayılov məni kimlərləsə bağlayır, dediyi adamlarla mənim heç vaxt əlaqəm olmayıb”.

“Aslan İsmayılovun ciddi psixoloji problemləri var”

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler