» » Bu məşhurlar “Əməkdar Artist” oldu

Bu məşhurlar “Əməkdar Artist” oldu

Bölmə: Xəbər, Mədəniyyət
Bu məşhurlar “Əməkdar Artist” oldu
Xəbər verdiyimiz kimi, ötən gün prezident İlham Əliyev teatr xadimlərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.

Xalqinfo” xəbər verir ki, sərəncamda Gənc Tamaşaçılar Teatrının aktyoru, “Sən olmasaydın” serialının baş qəhrəmanı Anar Heybətova “Əməkdar Artist” adı verilib.

Bundan əlavə, “O ses Türkiyə” mahnı müsabiqəsinin iştirakçısı, opera ifaçısı İlham Nəzərov, Aqşin Abdullayev, Rusiyada yaşayan və fəaliyyət göstərən ifaçı Yusif Eyvazov, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının dirijoru, “Eurovision” milli seçim turlarının münsif üzvü, xalq artisti Ramiz Quliyevin oğlu Əyyub Quliyev də fəxri ada layiq görülüb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler