» » Oqtay Əsədov Osloya gedir

Oqtay Əsədov Osloya gedir

Bölmə: Xəbər
Oqtay Əsədov Osloya gedir
Milli Məclisin Sədri Oqtay Əsədovun başçılığı ilə nümayəndə heyəti Parlament Sədrlərinin Avropa Konfransında iştirak etmək üçün sentyabrın 10-dan 13-dək Norveçin paytaxtı Oslo şəhərində səfərdə olacaq.

Milli Məclis mətbuat mərkəzindən ans press-ə daxil olan məlumata görə, nümayəndə heyətinin tərkibinə deputatlardan Çingiz Əsədullayev, Sahibə Qafarova, Xanlar Fətiyev, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildir.

Konfransda “Konstitusional hüquq və azadlıqlar demokratiyanın şərti kimi”, “Avropada demokratiya, suverenlik və təhlükəsizlik”, “Çoxluq və müxalifət – tarazlığın əldə olunması” mövzularında müzakirələr keçiriləcək. Nümayəndə heyətinin üzvləri müzakirə olunacaq məsələlərə Azərbaycan tərəfinin mövqeyini bildirəcəklər.

Burada Milli Məclisin Sədri Oqtay Əsədovun konfransda iştirak edən nümayəndə heyəti rəhbərləri ilə bir sıra görüşləri nəzərdə tutulur. Görüşlərdə ikitərəfli əlaqələrin inkişafı, parlamentlər səviyyəsində münasibətlərin dərinləşməsi, regional münaqişələrin həlli yolları barədə fikir mübadiləsi aparılacaq.

Səfər çərçivəsində Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev milli nümayəndə heyətləri Baş katiblərinin görüşündə iştirak edəcək, tədbirdə qaldırılan məsələlərə öz münasibətini bildirəcəkdir.
Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə konfransda MDB Parlament Assambleyasının xətti ilə iştirak edəcək.

Səfər çərçivəsində nümayəndə heyəti üzvlərinin Norveç Konstitusiyasının 200 illiyinə həsr olunmuş tədbirə qatılmaları da gözlənilir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler