» » Sabahdan bu yolda nəqliyyat birtərəfli hərəkət edəcək -

Sabahdan bu yolda nəqliyyat birtərəfli hərəkət edəcək - Xəbərdarlıq

Bölmə: Xəbər, Sosial
Sabahdan bu yolda nəqliyyat birtərəfli hərəkət edəcək -
Sabahdan Bakının Nərimanov prospektində nəqliyyatın hərəkətinə məhdudiyyətlər qoyulacaq. Xalqinfo.az xəbər verir ki, bu barədə “Azəravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib.

Məlumatda bildirilir ki, Yasamal rayonu "Sovetski" kimi tanınan ərazidə aparılan yenidənqurma işləri çərçivəsində Nərimanov prospektində təmir-tikinti işləri davam etdirilir: "Bu səbəbdən bir müddət bundan öncə sözügedən prospektdə hərəkətin hissə-hissə məhdudlaşdırılması istiqamətində işlərə başlanılıb.

Artıq sabahdan etibarən N.Nərimanovun heykəlinin yerləşdiyi ərazidən prospektə avtonəqliyyat vasitələrinin girişi məhdudlaşdırılacaq. Həmin istiqamətdə sıxlığın yaranmaması üçün sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollar seçmələri tövsiyə olunur.

Qeyd edək ki, Nərimanov prospektində aparılan yenidənqurma işləri çərçivəsində yaxın günlərdə prospektlə tam olaraq hərəkətin məhdudlaşdırılması nəzərdə tutulub.

Yarana biləcək narahatlığa görə, vətəndaşlardan öncədən üzr istəyirik və sürücüləri aparılan işlərə anlayışla yanaşmalarını xahiş edirik".

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler