» » Daşınmaz əmlak bazarında ciddi canlanma yoxdur

Daşınmaz əmlak bazarında ciddi canlanma yoxdur

Bölmə: Xəbər, GÜNDƏM
Daşınmaz əmlak bazarında ciddi canlanma yoxdur
Adətən mart ayından başlayaraq daşınmaq əmlak bazarında müəyyən canlanma müşahidə olunur. Manatın dollar qarşısında dəyərdən düşməsi də əmlak bazarına təsir edən amillərdəndir. Bir çox hallarda diqqət edirik ki, evlərinin qiymətinin gaha bahalaşması və ucuzlaşması ilə bağlı xəbərlər yayılır. Bunlar təbii ki, bəzi işbazlar tərəfindən atılan addımdır. Bu yolla müştəri cəlb etmək istəyirlər. Bəs görəsən hazırda daşınmaz əmlak bazarında vəziyyət necədir?

Məsələ ilə bağlı Modern.az-a danışan Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti İdarə Heyətinin sədri Ramil Osmanlı bildirib ki, daşınmaz əmlak bazarında canlanma çox azdır.

“Hazırda daşınmaz əmlak bazarındakı hərəkətlilik ipoteka kreditləri ilə bağlıdır. 1 ildən artıq müddət idi ki, ipoteka kreditləri verilmirdi. Ötən ilin sonunda kreditləşmə ilə bağlı müəyyən qərarlar qəbul olundu və addımlar atılmağa başlanıldı. Yanvar ayının ortalarından bu proses bir qədər də gücləndi. İpoteka kreditləri nəticəsində müraciətlərin sayı artdı, bazara daxil olanların sayı çoxaldı. Təbii ki, bu da müəyyən canlanma yaratdı.

Nağd pulla əmlak alanların sayı çox azdı. Adətən manatın məzənnəsində sabitlik yarananda, o müəyyən qədər bazara müsbət təsir göstərir. Amma indiki halda heç bir hərəkətlilik yoxdur, ona görə ki, manatın məzənnəsi çox sürətli şəkildə dəyişir. Manat öz real bazar dəyərini tapmayana qədər daşınmaz əmlak bazarına pul axınlarını stimullaşdırmaq, artırmaq mümkün olmayacaq. İnsanlar əllərindəki dollar kütləsini hər hansı formada bazara çıxarmayacaq.

Hazırda daşınmaz əmlak bazarında qiymətlər müxtəlifdir, ərazisindən asılı olaraq dəyişir.

O qədər də qiymət artımı müşahidə edilmir. İpoteka krediti veriləndən sonra bir neçə rayon ərazisində nisbi artım müşahidə edilir. Məsələn, 80000 min manatlıq evin təklif qiymətində 2000-3000 manat artım ola bilər, bu da sövdələşmə zamanı real qiymətə təsir etmir”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler