» » 1 uşağın cəsədi tapıldı

1 uşağın cəsədi tapıldı

Bölmə: Xəbər
1 uşağın cəsədi tapıldı
Xırdalanda yaşayış binasında baş verən partlayış nəticəsində 1 nəfər ölüb. Fövqəladə Hallar Nazirliyindən ANS PRESS-ə verilənə məlumata görə, partlayış hadisəsi ilə əlaqədar axtarış-xilasetmə işləri davam etdirilir. ANS TV-nin hadisə yerində olan müxbiri Sərxan Kamallının verdiyi məlumata görə, dağıntılar altından bir uşağın cəsədi çıxarılıb. Onun meyiti Respublika Kliniki Xəstəxanasına aparılıb.

Ümumilikdə bu yerə kimi 9 nəfər xilas edilib. Dağıntılar altında isə 2 nəfər qalıb. Hazırda həmin şəxslərin xilas edilməsi istiqamətində işlər aparılır.

Səhiyyə Nazirliyindən isə bildirilib ki, hazırda xəstəxanalarda partlayış zamanı yaralanan 8 nəfər müalicə olunur. Nazirliyin mətbuat xidmətinin rəhbəri Anar Qədirlinin ans press-ə bildirdiyinə görə, yaralılardan birinin vəziyyəti ağırdır.

“Yaralılardan biri yanıq xəsarətlərilə müalicə olunur. Onun bədəninin 90 faizi yanıb. Hazırda həkimlər həmin şəxsin həyatını qorumaq uğrunda əllərindən gələni edirlər. Amma ümid çox azdır. İnşallah həmin insanı həyatda saxlamaq mümkün olacaq”.

Qeyd edək ki, Abşeron rayonu ərazisində, Xırdalan şəhərində güclü partlayış baş verib. Partlayış tikintisi başa çatmamış beşmərtəbəli yaşayış binasında qeydə alınıb. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar.

Hadisə məcburi köçkünlərin məskunlaşdığı 4 mərtəbəli binadakı mənzillərdən birində qeydə alınıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler