» » Azərbaycanlı biznes-ledi Parisdə məşhurlarla birlikdə - Fotolar

Azərbaycanlı biznes-ledi Parisdə məşhurlarla birlikdə - Fotolar

Bölmə: Xəbər, Fotosessiya, BLOK XƏBƏR, MANŞET
Azərbaycanlı biznes-ledi Parisdə məşhurlarla birlikdə - Fotolar
Məşhur rus model Nataliya Vodyanova Parisdə dəbdəbəli gecə klublarından birində ad gününü qeyd edib.

Xalqinfo”nun “Tatler.ru”ya istinadən verdiyi məlumata görə, 35 yaşı olan modelə doğum günü mərasimini sevgilisi Antuan Arno təşkil edərək gecəyə şou-biznes, moda dünyasından məşhur simaları dəvət edib.

Polina Kitsenko, Kseniya Sobçak, Nataliya Yakimçik, Sienna Millerin iştirak etdiyi tədbirdə Rusiyada yaşayıb-fəaliyyət göstərən azərbaycanlı biznes-ledi Aysel Trudel də olub.

Qeyd edək ki, Aysel Trudel (Hüseynova) Moskvanın ən bahalı butiklərindən olan “Soho”, “Aizel’s Secret” və “Agent Provocateur” dükkanlarının sahibidir. “Marc Jacobs”, “Stella McCartney”, “Matthew Williamson”, “Michael Kors”, “Oscar de la Renta”, “Donna Karan”, “Ruffo”, “Alessandro DellAsqua”, “Helmut Lang”, “Calvin Klein Collection”, “Burberry Prosum”, “Celine”, “Lanvin” və “Christian Laboutin” kimi super brendləri Rusiya bazarında təmsil edir.

38 yaşlı azərbaycanlı biznes-ledinin həyat yoldaşı isə kanadalı memar Lui Trudeldir. Cütlüyün iki övladı var.

Azərbaycanlı biznes-ledi Parisdə məşhurlarla birlikdə - Fotolar
Azərbaycanlı biznes-ledi Parisdə məşhurlarla birlikdə - Fotolar
Azərbaycanlı biznes-ledi Parisdə məşhurlarla birlikdə - Fotolar
Azərbaycanlı biznes-ledi Parisdə məşhurlarla birlikdə - Fotolar
Azərbaycanlı biznes-ledi Parisdə məşhurlarla birlikdə - Fotolar

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler