» » Gənc sərhədçilər and içdilər -

Gənc sərhədçilər and içdilər - Fotolar

Bölmə: Xəbər, Sosial
Gənc sərhədçilər and içdilər -
Dövlət Sərhəd Xidmətinin (DSX) Yevlaxda yerləşən hərbi hissəsində gənc əsgərlərin andiçmə mərasimi keçirilib.

Xalqinfo.az DSX-nin mətbuat mərkəzinə istinadən bildirir ki, dövlət himninin səsləndirilməsi ilə başlayan mərasimdə təntənəli şəkildə hərbi andı qəbul edən gənc əsgərlərə Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunlarının Komandanı, gеnеral-polkovnik Еlçin Quliyеvin təbriki çatdırılıb.

Gənc sərhədçilər and içdilər -














Mərasimdə ulu öndər Heydər Əliyevin dövlət sərhədlərimizin qorunması, Azərbaycan sərhəd mühafizəsinin formalaşması və inkişafı istiqamətindəki xidmətləri, dahi rəhbərin müəyyənləşdirdiyi milli sərhəd strategiyasının Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi sayəsində ölkəmizin sərhəd mühafizəsinin ən müasir tələblər səviyyəsinə çatdırılması xüsusi vurğulanıb.

Gənc sərhədçilər and içdilər -














Çıxış еdənlər Vətənə, dövlətə sədaqət andı içərək müqəddəs sərhədlərimizi şərəflə qorumaq məsuliyyətini üzərilərinə götürən gənc əsgərlərin hərbi anda daim sadiq qalacaqlarına və xidmətdə yüksək nəticələrə nail olacaqlarına əminliklərini bildirib, onlara müvəffəqiyyətlər arzulayıblar.

Gənc sərhədçilər and içdilər -














Tədbirdə aprel döyüşləri zamanı ordumuzun uğurlu döyüş əməliyyatları nəticəsində Lələtəpə strateji ərazisinin erməni işğalından azad edilməsi Sərhəd Qoşunlarının şəxsi heyətində ruh yüksəkliyi yaratdığı və ölkəmizin ərazi bütövlüyünün bərpası üçün istənilən anda ordumuzla birgə hərəkət etməyə, Dağlıq Qarabağda və işğal altında olan digər ərazilərdə Azərbaycanın suveren hüquqlarının bərpası, Vətənimizin bütün sərhədlərinin mühafizə altına alınmasının təmin edilməsi uğrunda savaşa daim hazır olduğu xüsusi vurğulanıb.

Gənc sərhədçilər and içdilər -














Valideynlər yaradılmış şəraitə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirib, övladlarına təbriklərini çatdıraraq, Vətən sərhədlərinin kеşiyində ayıq-sayıq dayanmağı tövsiyə ediblər. Tədbir gənc əsgərlərin təntənəli marşla tribuna önündən keçidi ilə başa çatıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler