» » Bakıda Avropa Qəzetçilər Dərnəyinin tədbiri keçirildi

Bakıda Avropa Qəzetçilər Dərnəyinin tədbiri keçirildi

Bölmə: Xəbər
Bakıda Avropa Qəzetçilər Dərnəyinin tədbiri keçirildi
Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Avropa Qəzetçilər Dərnəyinin təşkilatçılığı ilə tədbir keçirilib.

BMM-dən "Xalqinfo"ya daxil olan məlumata görə, tədbirdə çıxış edən dərnəyin Azərbaycan nümayəndəliyinin rəhbəri Afaq Fərzəlibəyova bildirib ki, dərnək Azərbaycanda 10 ildən artıqdır fəaliyyət göstərir və bu müddətdə böyük işlər görülüb.

1999 – cu ildə Türkiyədə yaradılmış və dünyanın 10-dan çox ölkəsində nümayəndiliyi olan Avropa Qəzetəçilər Dərnəyi indiyə kimi gördüyü və bundan sonra görəcəyi işlərlə bağlı Azərbaycan ictimaiyyətini məlumatlandırmaq üçün mart ayının 4-de BMM-də tədbir təşkil edir.

Qeyd edək ki, Avropa Qəzetəçilər Dərnəyi Türkiyə Böyük Millət Məclisinin mətbuat xidmətinin rəhbəri cənab Adnan Fişəngin təşəbbüsü ilə yaradılmışdır. Dərnəyin başqanı Adnan Fişəng eyni zamanda Türkiyə Milli Məclis Tv-nin yaradıcılarından biridir.

Dərnəyin əsas fəaliyyəti Türkdilli ölkələr arasında hərtərəfli əməkdaşlığa dəstək vermək, o cümlədən, təhsil, elm və mədəniyyət sahələrində baş verən yenilikləri işıqlandırmaq, televiziya, media, informasiya sahəsində əməkdaşlıq çərçivəsində tədbirlər keçirmək, mükafatlandırma mərasimlərini təşkil etməkdir.

Avropa Qəzetçilər Dərnəyinin bir çox ölkələrdə nümayəndəlikləri vardır. Bunlara Avstrya, AmerikaBirləşmiş Ştatları, Böyük Britaniya, Yunanıstan, Rusiya, Bosniya və Hersoqovina, Keniya, Koreya, Orta Şərq və Ərəbistan və Azərbaycan daxildir.

İllərdir dünyanın müxtəlif ölkələrində mükafatlandırma mərasimi keçirən Avropa Qəzetçilər dərnəyinin mükafatlarına bir sıra tanınmış siyasət, biznes, mədəniyyət və idman sahəsini təmsil edən görkəmli şəxlər layiq görülmüşdür.

Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu, Dövlət naziri Egemen Bağış, Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Parlament spikeri Hasan Bozer, KKTC-nın baş naziri İrsəm Küçük, AKP baş nazir müavini Abdulkadir Aksu və millət vəkilləri - Edibə Sözen, Harun Karaca, Mehmet Ərdoğan, Halidə İncəkara, Ahmet Salih Dal, Türkiyənin Azərbaycandakı keçmiş səfiri Hülusi Kılıc və Kəmər Bələdiyyə sədri Mustafa Gül mükafatlanıdırılan ictimai-siyasi xadimlərdən bəziləridir.

Mədəniyyət və incəsənət sahəsindən Muazzəz Ərsoy, Səlami Şahin, Sıla, Sonər Sarıkabadayı, Mustafa Çeçeli, Hande Yener, Gülbən Ergən, Yusif Güney, “Yeşilcam”ın bir çox sənətçiləri, Televiziya kanalları, jurnalistlər və başqa insanlar da Dərnəyinmükafatlarına layiq görülmüşlər.

Xatırladaq ki, 2009 cu ildə fəaliyyətə başlamış Avropa Qəzetəçilər Dərnəyinin Azərbaycan nümayəndəliyinin rəhbəri Afaq Fərzəlibəyovadır.

Dərnəyin fəaliyyəti zamanında ölkəmiz naminə bir çoxmaarifləndirici işlər görülmüş, siyasət, sənət, mədəniyyət, elm və media sahəsində tanınmışsimalarımız mükafatlandırılmışdır. Avropa Qəzetəçilər Dərnəyinin “İlin ən yaxşısı” mükafatına kinorejissor Samir Fərzəlibəyov, millət vəkilləri Qənirə Paşayeva, Musa Qasımlı, sənətçilər Elnur Məmmədov, TünzaləAğayeva, Ramal İsrafilov, modelyer Gülnarə Xəlilova, jurnalist Seymur Verdizadə, iş adamı Rövşən Tağıyev, Türkiyənin Azərbaycandakı keçmiş səfiri Hülusi Kılıc layiq görülmüşdür.

Tədbir çıxışlarla davam etdirilib.

Bakıda Avropa Qəzetçilər Dərnəyinin tədbiri keçirildi
Bakıda Avropa Qəzetçilər Dərnəyinin tədbiri keçirildi
Bakıda Avropa Qəzetçilər Dərnəyinin tədbiri keçirildi
Bakıda Avropa Qəzetçilər Dərnəyinin tədbiri keçirildi
Bakıda Avropa Qəzetçilər Dərnəyinin tədbiri keçirildi
Bakıda Avropa Qəzetçilər Dərnəyinin tədbiri keçirildi
Bakıda Avropa Qəzetçilər Dərnəyinin tədbiri keçirildi
Bakıda Avropa Qəzetçilər Dərnəyinin tədbiri keçirildi

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler