» » Şəmkirdə maşın kanala aşıb, sürücü ölüb

Şəmkirdə maşın kanala aşıb, sürücü ölüb

Bölmə: Xəbər
Şəmkirdə maşın kanala aşıb, sürücü ölüb
Şəmkirdə ölümlə nəticələnən avtomobil qəzası baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Seyfəli kəndi ərazisində qeydə alınıb.

Rayon sakini, 1962-ci il təvəllüdlü Fəxrəddin Abbasovun idarə etdiyi “VAZ 21011” markalı avtomobil kanala aşıb. Hadisə zamanı sürücü ölüb.

Hadisə yerinə Şəmkir Yanğından Mühafizə Hissəsinin xilasediciləri cəlb edilib, avtomobil və sürücünün meyiti sudan çıxarılıb.

Faktla bağlı araşdırma aparılır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler